factograf
AZ
Sign in

Radian

Radian
1 radian — qövsün uzunluğu radiusa bərabər olan mərkəzi bucaq.
1 radian — qövsün uzunluğu radiusa bərabər olan mərkəzi bucaq.

Radian (ixtisarı: rad; lat. radius — şüa, radius) — müasir riyaziyyatda və fizikada müstəvi bucaqların əsas ölçü vahidi. Radian, qövsün bucaq ölçüsü ilə təyin edilir.

1rad⁡=180π≈57.2958∘

Belə olduqda, tam çevrənin radianla ölçüsü 2π radiana bərabərdir.

Radianın başqa vahidlərlə əlaqəsi

Radian/dərəcə çevrilmələri üçün istifadə olunan nonoqram.
Radian/dərəcə çevrilmələri üçün istifadə olunan nonoqram.

Başqa bucaq ölçüləri ilə müqayisə:
Dərəcə/radian çevrilmələri
Radianı dərəcəyə çevirmək üçün göstərilən radianı 180π nisbətinə vurmaq lazımdır:

  • 1rad⁡=1rad⁡⋅180∘π≈57,2958∘
Nümunə:
π4rad⁡=π4⋅180∘π=45∘.

Dərəcəni radiana çevirmək üçün göstərilən dərəcəni π180∘ nisbətinə vurmaq lazımdır.

Nümunə:
90∘=90∘⋅π180∘=π2rad

Riyazi analizdə radian ölçüsü

Riyazi analizdə, triqonometrik funksiyalara baxılarkən, arqument həmişə radianla ifadə edilir.

Kiçik bucaqlar olduqda sinus və radianla ifadə edilmiş bucağın tangensi təxminən bu bucağın özünə bərabərdir ki, bu da yuvarlaq hesablamalar zamanı istifadə olunur:

sin⁡α≈tg⁡α≈α;α≪1.

Read next

In 86 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article