factograf
AZ
Sign in

Sektor

Sektor

Dairə sektoru — dairənin verilmiş mərkəzi bucaqla çəkilən iki radiusu və bu radiuslar arasında qalan dairə qövsünün yaratdığı sahə. Bu radiuslar dairənin sahəsini kiçik və böyük olmaqla iki sektora ayırır.

Perimetri

Sektor iki radius və qövsdən ibarətdir və qövsün uzunluğunu {\displaystyle L=2\pi r{\frac {\theta }{2\pi }}=r\theta } düsturu ilə hesablamaq olar. Onda sektorun perimetri:

{\displaystyle P=L+2r=\theta r+2r=r(\theta +2)}

Sahəsi

Dairənin ümumi sahəsi {\displaystyle \pi r^{2}} düsturu ilə hesablanır. Bu səbəbdən, sektorun {\displaystyle \theta } bucağını istifadə edərək onun sahəsini hesablamaq olar:

{\textstyle S=\pi r^{2}{\frac {\theta ^{\circ }}{360^{\circ }}}}, əgər bucaq radianla ifadə olunarsa, {\displaystyle S=\pi r^{2}{\frac {\theta }{2\pi }}=r^{2}{\frac {\theta }{2}}}

Read next

In 54 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article