Ziyalı — elm, texnika və ya mədəniyyət sahəsində təhsili və xüsusi biliyi olan və əqli əməklə məşğul olan şəxs.
Ziyalı ilk dəfə olaraq 1844-cü ildə polşalı K.Libert tərəfindən, 1846-cı ildə V.Bielinski, Almaniyada Karl Kautski, Karl Marks, Huqo Ball və Adolf Hitler tərəfindən bütün savadlı təbəqənin vəhdəti kimi işlədilmişdir. Bu anlayış XIX əsrin ortalarından Rusiyada geniş işlədilmiş və sonralar SSRİ-də ciddi diqqətdə saxlanılmışdır.
O Qərbdə işlədilən intellektual anlayışı ilə çox yaxındır.
Rus publisisti Pyotr Boborıkin XIX əsrin 60-cı illərində bu anlayışdan mətbuatda tez-tez istifadə edir. Ziyalılar onun zənnicə cəmiyyətin "ağıllı, düşüncəli, bilikli və professional səviyyədə kreativ çalışan və mədəniyyətin inkişafı və yayılması üçün səy göstərən" şəxslərin daxili olduğu sosial təbəqəyə deyilirdi.
Ziyalıların cəmiyyətin inkişafında, problemlərinin dərk edilərək həll edilməsində vəzifələri böyükdür.
Ümumi təsvir və tarix
Cəmiyyətdə ziyalılar sosial funksiyaları ilə fərqlənən, siyasəti və milli maraqları müdafiə edən şəxslərə deyirlər. İqtisadçı Maks Veber " İqtisadiyyat və Cəmiyyət: Təfsir Sosiologiyasının Xülasəsi" (1921) əsərində ziyalılar terminini xronoloji və coğrafi istinad çərçivələrində tətbiq etmişdir, məsələn, "xristianların dəyərlərinin formalaşdırılması ilə məşğul olması Antik dövrdə xüsusilə yunan təhsilli "ziyalıların" fərqli xarakterindən təsirlənmişdir", beləliklə, ziyalılar cəmiyyətə daha böyük faydası üçün çalışan təhsilli insanların sosial sinfi kimi yaranmışdır.
19-cu və 20-ci əsrlərdə Polşada ziyalı sosioloji konsepsiyası getdikcə Mərkəzi və Şərqi Avropa ölkələrinə də nüfuz etməyə başlamışdı. Polşada universitetdə təhsil alan tənqidi mütəfəkkirlərə, Rusiyada isə ağıl və tərəqqi adı altında ənənəvi dəyərlərə qarşı çıxan tənqidçilərə ziyalı deyilirdi. 20-ci əsrin sonlarında sosioloq Pyer Burdye ziyalıların iki növ təbəqəyə bölündüyü fikrini irəli sürdü:
- Bilik və elm (praktik və nəzəri) yaradan ziyalılar
- Mədəni dəyərlər yaradan ziyalılar.
Sosioloji cəhətdən Polşa intelligensiyası Fransada intellektuellər və Almaniyada Gebildete ifadələri ilə eyni mənaya gəlirdi. Ziyalılar, 19-cu əsr Polşasında "intelligensiya" termini ortaya çıxmazdan əvvəl Avropa cəmiyyətlərində sosial təbəqə kimi mövcud idilər. Bu termin, intellektual insanları müəyyən etmək üçün istifadə olunurdu. İntelligensiyalar şəhərə məxsus sosial təbəqə hesab olunurdu.
Polşa filosofu Karol Libelt "Vətən sevgisi haqqında" (1844) əsərində cəmiyyətin problemlərini həll etmək üçün tələb olunan mənəvi liderliyi təmin edən cəmiyyətin savadlı insanları kimi alimlərdən, müəllimlərdən, hüquqşünaslardan və mühəndislərdən və s. ibarət status sinfi olan intelligensiya terminini istifadə edir və onun fikrincə, ziyalıların sosial funksiyası ali maariflənmələrə rəhbərlik etməkdir.
1860-cı illərdə jurnalist Pyotr Boborıkin, cəmiyyətin fəaliyyət göstərdiyi mədəniyyəti və dominant ideologiyanı yaradan, universitetdə təhsil alan intellektual peşələrlə (hüquq, tibb, mühəndislik, incəsənət) məşğul olan insanların rus sosial təbəqəsini müəyyən etmək və təsvir etmək üçün intellegent terminini populyarlaşdırdı.
Maçey Yanovski "Ziyalıların Yüksəlişi, 1750–1831" (2008) əsərində yazır ki, Polşa ziyalıları dövlətin düşüncə mərkəzi, mütərəqqi sosial və iqtisadi siyasətləri ilə Polşa xalqının sosial geriliyini (savadsızlığını) azaldan və həmçinin bölünmüş Polşada Rusiya siyasi repressiyalarını azaldan intellektual xidmətçilər idi.
Kütləvi ziyalılıq
20-ci əsrdə sosioloqlar status sinfi termini olan "ziyalılar"dan "kütləvi ziyalılar" terminini kitab klubları və mədəni birliklər və s. vasitəsilə intellektual səviyyələrini artıran təhsilli yetkin əhalini təsvir etmək üçün yaratdılar. Bu sosioloji termin yazıçı Melvin Braqq tərəfindən geniş istifadə edilmişdir. O, kütləvi ziyalıların orta təbəqədən və işçi sinfindən olan insanların əksəriyyətinə şamil edərək onların məhdud intellektual səviyyəyə malik olan kitab klublarından istifadə etdiklərini söyləmiş və ədəbi festivalların populyarlığını konseptual olaraq izah etdiyini söyləmişdir.
Sosioloq Riçard Fleks "Kampus Güc Mübarizəsi"(1970) kitabında kütləvi ziyalılıq anlayışına toxunmuşdu. Riçard Fleks sol yönümlü tələbə hərəkatlarının fəal iştirakçısı və tədqiqatçısı olub. O, universitet kampuslarında baş verən siyasi oyanışı və güc mübarizələrini sosioloji baxımdan təhlil edib. Hovard Bekkerin redaktorluğu ilə nəşr olunan Riçard Fleksin qeyd olunan əsərində "Gənc İnteligensiyanın Üsyanı" adlı mühüm araşdırması da yer alır. Burada kampus daxilindəki inzibati idarəçilik ilə tələbə azadlıqlarının qarşıdurması, güc mübarizəsi araşdırılır.