RPG-7 (rus. РПГ-7) — qumbaraatan.
Knut adı verilən bu silah ilk dəfə olaraq, Rusiyanın Kovrov silah zavodunda 1961-ci ildə istehsal edilmişdir. 1962-ci ildə Varşava ordularında xidmətə başladı və bugünə qədər də sinfinin ən təsirli və məşhur silahı olaraq şöhrətini qorumaqdadır. Bu qədər ildən sonra belə bu silah hələ də istehsal olunur. Əvvəlki modeli olan RPG-2 əsas götürülməklə istehsal olunub.
Bütün silah ucuna taxılan raket xaric 6 kq-dır.Bu silah son dərəcə dəqiqdir.
40 mm diametrində, 95.3 sm uzunluğunda çarpma sistemiylə çalışan dəqiqədə 4-6 atım edə bilən 25 metr geri təhlükə bölgəsi olan toplu, yüngül və orta zirehli hədəflərə istifadə edilən dəstək silahıdır. 900 metrdən sonra hədəfin tapıla bilməməsi halında raket özünü məhv etməkdədir.
Möhkəm quruluşu, aşağı qiyməti və təsirli olması onu dünyada ən çox istifadə edilən anti-tank silahı etməkdədir. Bu an etibarilə 40-dan çox ölkə tərəfindən istifadə edilməkdədir. Bunun yanında 9 ölkədə də istehsalı edilməkdədir. Qeyri-nizami və partizan qrupların arasında da məşhurdur. RPG-7-lər 60-lardan bu günə qədərki bütün döyüşlərin çoxunda istifadə edilmişdir.
Ən çox istifadə edilən uyğunlaşdırmaları RPG-7 paraşütçü modeli (asan daşına bilməsi üçün 2 parçaya bölünə bilən) və yüngül Chinese Type 69 RPGdir.
İndiyə qədər 9 milyondan çox istehsal edilmişdir.
Hədəfləri
- Tank və zirehli maşınlar (BTR və s.)
- Təyyarə və helikopterlər
- Beton qoruyucular
- Toplu canlı hədəflər
Variantları
- RPG-7V2 Standart model
- RPG-7D3 Paraşütçü modeli
- Type 69 RPG - RPG-nin Çin istehsalı
- RPG-7USA Pikatinni relslər
- B-41
İstifadə edən ölkələr
Azərbaycan
Ermənistan
Gürcüstan
Belarus
Rusiya Federasiyası
Əfqanıstan
Albaniya
Benin
Anqola
Əlcəzair
Kabo-Verde
Bolqarıstan
Mərkəzi Afrika Respublikası
Kamboca
Çad
Konqo Demokratik Respublikası
Konqo Respublikası
Xorvatiya
Kuba
Kipr
Cibuti
Misir
Eritreya
Çexiya
İraq Kürdüstan Regional Hökuməti
Qana
Qvineya
Qayana
Macarıstan
İndoneziya
İran İslam Respublikası
İraq
İrlandiya
İsrail
İordaniya
Qırğızıstan
Laos
Latviya
Litva
Livan
Liberiya
Liviya
Makedoniya
Madaqaskar
Malayziya
Maldiv adaları
Malta
Monqolustan
Mavritaniya
Moldova
Mərakeş
Nikaraqua
Nigeriya
Şimali Koreya
Fələstin
Pakistan
Çin
Polşa
Rumıniya
Ruanda
Seneqal
Seyşel adaları
San-Tome və Prinsipi
Syerra-Leone
Somali
Cənubi Afrika Respublikası
Sudan
Suriya
Tacikistan
Toqo
Türkiyə
Türkmənistan
Ukrayna
Özbəkistan
Venesuela
Vyetnam
Yəmən
Zambiya
Zimbabve
Keçmiş istifadəçilər
Yuqoslaviya
Şərqi Almaniya
SSRİ
Xarici keçidlər
- RPG-7 Arxivləşdirilib 2008-02-05 at the Wayback Machine
