Əhalisi
2021-ci ilin yanvarına olan məlumata əsasən 18.800 nəfər əhalisi olan Nuuk Qrenlandiyanın ən böyük şəhəridir. Nuukun əhalisi 1977-ci ildən bəri iki dəfə, 1990-cı ildən bəri 1/3 qədər, 2000-ci ildən bu yana isə 21% artmışdır. 2015-ci il statistikasına görə, Qrenlandiyada doğulanlardan başqa, 3826 nəfər ölkədən kənarda doğulmuşdur. Yüksək məvacibli və cəlbedici iş imkanlarına görə danimarkalılar şəhərə köçməyə davam etmişlər. Hazırda Nuuk Qrenlandiyada danimarkalıların əhalinin ümumi sayına nisbətdə ən yüksək olduğu şəhərdir.
İdman
Şəhərdə B-67 idman klubu və süni otla örtülmüş milli stadion vardır.
Mənbə
- Nuuk kommunasının rəsmi saytı (danimarka, qrenlandiya və qismən ingilis dillərində) Arxivləşdirilib 2005-08-28 at the Wayback Machine
- Nuuk turizmi (danimarka və ingilis dillərində) Arxivləşdirilib 2011-11-01 at the Wayback Machine
- Статья о Нуук в журнале "Окружающий мир" Arxivləşdirilib 2011-08-29 at the Wayback Machine
