factograf
AZ

Marathi dili

Marathi dili

Key facts

anlayışın sinfitəbii dil, müasir dil
ölkəHindistan
inzibati-ərazi vahidiMaxaraştra
All data from the card 17
Orijinal adı
marathi मराठी Marāṭhī
Ölkələr
Hindistan, Mavriki, İsrail
Region
Maxaraştra
Rəsmi status
Maharaştra əyaləti, Daman Diu və Dadra və Naqar Haveli birlik torpağları
Danışanların ümumi sayı
68 milyon
Kateqoriya
Avrasiya dilləri
Yazı
devanaqari, modi əlifbası, Latın əlifbası
QOST 7.75–97
мар 440
ISO 639-1
mr
ISO 639-2
mar
ISO 639-3
mar
Dilin strukturlarının dünya atlası
mhi
Ethnologue
mar
Linguasphere
59-AAF-o
ABS ASCL
5205
IETF
mr
Glottolog
mara1378

Marathi dili (मराठी Marāṭhī) — Hind-ari dillərindən biri. Hindistanın qərbində və mərkəzində yaşayan marathilərin dili. Dünyada 68 milyondan çox insan bu dildə mükəmməl danışır.Marathi dili Hindistanda ən çox danışılan ana dili sırasında sayca dördüncüdür və dünyada on beşinci ən çox daçıyıcısı olan dildir.

Marathi dili qədim ədəbi ənənələrə malikdir. O, Maharaştra ştatının əsas dilidir. Marathi dili öz dil qrupundakı digər dillərdən təxminən 1000 il əvvəl ayrılaraq müstəqil dilə çevrilmişdir. Yazılı marathi dilinin ən qədim nümunəsi Hindistanın cənubundakı Şravanabelaqola şəhərində yerləşən minillik nəhəng heykəlin üzərindədir. Bu yazı heykəlin tikintisini maliyyələşdirən kral Qanqarayya və tikintiyə rəhbərlik edən sərkərdə Çamundarayya haqqında məlumat verir. Marathi ədəbiyyatının ən böyük nümayəndəsi orta əsr yazıçısı Dnyaneşvar hesab olunur və o, Hindistanda böyük hörmətlə yad edilir.

Yazı sistemi

Yazılı marathi dili təxminən XI əsrdə daş və mis lövhələr üzərindəki yazılar şəklində meydana çıxmışdır. XIII əsrdən XX əsrin ortalarına qədər yazı sistemi kimi Modi əlifbasından istifadə olunurdu. 1950-ci ildən etibarən isə hindi və bəzi digər Hindistan dillərində olduğu kimi devanagari əlifbası istifadə edilir. Müəyyən tarixi dövrlərdə sənədləşmədə ərəb qrafikası əsasında yazıdan da istifadə olunmuşdur.

Yayılma zonası və statusu

Marathi dili Hindistanın Maharaştra ştatında və qonşu ştatların — Qücərat, Madhya-Pradeş, Qoa, Karnataka, Andhra-Pradeş, həmçinin Daman və Diu və Dadra və Naqar-Haveli ərazilərinin bitişik bölgələrində yayılmışdır. Vadodara, Surat, Haydarabad, Əhmədabad, Belqaum, İndaur, Qvalior kimi şəhərlərdə marathi dilli böyük icmalar mövcuddur. Bundan əlavə, bu dil dünyanın müxtəlif yerlərində yaşayan mühacirlər tərəfindən də istifadə olunur; əsasən ABŞ, BƏƏ, Böyük Britaniya, Avstraliya, Sinqapur və digər ölkələrdə.

Marathi dili Maharaştrada rəsmi statusa malikdir, həmçinin Daman və Diu və Dadra və Naqar-Havelidə digər dillərlə yanaşı rəsmi dil hesab olunur. Qoa ştatında konkani dili rəsmi olsa da, marathi bütün rəsmi məqsədlər üçün istifadə edilə bilər. Bundan başqa, Hindistan konstitusiyasına əsasən marathi ölkənin rəsmi dillərindən biridir.

Read next

In 128 languages

azAfrikaansअंगिकाالعربيةمصرىঅসমীয়াasturianuअवधीتۆرکجهбашҡортсаBikol Centralбеларуская (тарашкевіца)беларускаябългарскиभोजपुरीবাংলাবিষ্ণুপ্রিয়া মণিপুরীbrezhonegcatalàCebuanoکوردیčeštinaCymraegdanskDeutschZazakiडोटेलीދިވެހިބަސްΕλληνικάEnglishEsperantoespañoleestieuskaraفارسیsuomifrançaisNordfriiskGaeilgegalegoगोंयची कोंकणी / Gõychi KonknniગુજરાતીHausa客家語 / Hak-kâ-ngîעבריתहिन्दीFiji HindihrvatskimagyarհայերենinterlinguaBahasa IndonesiaIdoíslenskaitaliano日本語ქართულიKumoringಕನ್ನಡ한국어کٲشُرkurdîкомикыргызчаLatinaLigurelombardlietuviųlatviešuमगहीमैथिलीBasa BanyumasanMalagasyമലയാളംмонголमराठीBahasa MelayuمازِرونیNāhuatlनेपालीनेपाल भाषाNederlandsnorsk nynorsknorskoccitanଓଡ଼ିଆиронਪੰਜਾਬੀPapiamentupolskiPiemontèisپنجابیپښتوportuguêsRuna Simiromânăрусскийसंस्कृतम्ᱥᱟᱱᱛᱟᱲᱤScotsسنڌيsrpskohrvatski / српскохрватскиසිංහලSimple Englishslovenčinashqipсрпски / srpskisvenskaKiswahiliதமிழ்ತುಳುతెలుగుไทยTagalogtolışitoki ponaTürkçeئۇيغۇرچە / Uyghurcheукраїнськаاردوoʻzbekcha / ўзбекчаTiếng ViệtWinaray吴语მარგალური閩南語 / Bân-lâm-gí粵語中文

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article