factograf
AZ

Lion Feyxtvanger

Lion Feyxtvanger

Key facts

doğum tarixi7 iyul 1884
ölüm tarixi21 dekabr 1958
təhsiliMünhen Lüdviq-Maksimilian Universiteti
fəaliyyətiyazıçı, dramaturq, tərcüməçi
doğum yeriMünxen
ölüm yeriLos-Anceles
All data from the card 10
Təxəllüsü
Jacob Arje, Sepp Trautwein, J. L. Wetcheek
Doğum tarixi
7 iyul 1884
Doğum yeri
Münhen, Almaniya
Vəfat tarixi
21 dekabr 1958
Vəfat yeri
Los-Anceles, ABŞ
Vəfat səbəbi
mədə xərçəngi
Dəfn yeri
Vudlon xatirə qəbiristanlığı[d]
Təhsili
Münhen Lüdviq-Maksimilian Universiteti,Humboldt adına Berlin Universiteti
Fəaliyyəti
dramaturq, tərcüməçi, jurnalist, ədəbi tənqidçi, teatr tənqidçisi
Janr
nəsr

Lion Feyxtvanger (alm. Lion Feuchtwanger‎; 7 iyul 1884, Münxen – 21 dekabr 1958, Los-Anceles, Kaliforniya) — yəhudi əsilli alman yazıçı.

Həyatı

Yəhudi əsilli alman yazıçısı Lion Feyxtvanger 1884-cü il iyulun 7-də Münhen şəhərində anadan olub. Berlin və Münhen şəhərlərində filoloji təhsil alıb. Jurnalistika və teatr tənqidi ilə məşğul olub. Fəlsəfə elmləri doktoru adını alıb.

1933-cü ildə faşistlərin Almaniyada hakimiyyətə gəlməsindən sonra Fransaya mühacirət edərək orada yaşayıb. Feyxtvanger beynəlxalq mədəniyyəti müdafiə hərəkatında iştirak edib, B.Brext və B.Bredel ilə birgə 1936-1939-cu illərdə Moskvada almanca nəşr olunan "Söz" (Das Vort) jurnalının redaktoru olub, "Moskva – 1937" kitabını yazıb.

1940-cı ildə alman qoşunları Fransanı işğal edərkən Fransa hökumətinin mürtəce siyasətini tənqid etdiyinə görə həbs düşərgəsinə salınıb, çətinliklə xilas olub, ABŞ-a mühacirət etmişdir.

Feyxtvangerin "Hərbi əsirlər" (1918), "Sülh" (1918) şeirlərində, həmçinin "Gözləmə zalı" trilogiyasında, "Müvəffəqiyyət" (1930) "Oppenheymlər ailəsi" (1933), "Sürgün" (1939), "Lautenzak qardaşları" (1943) romanlarında faşizm ifşa olunur. Yazıçının "Yəhudi Zyuss" (1925) pyesində, "Eybəcər hersoginya" (1923) və s. tarixi romanlarında xalq kütlələrinin rolu, sosial tərəqqinin inqilabi formaları şübhə altına alınır. "Yəhudi müharibələri" (1932), "Oğullar" (1935), "Gün gələcək" (1942) trilogiyası, "Yalançı Neron" (1936) dovrün mütərəqqi ictimai-siyasi ideyaları ilə səsləşirdi.

Yazıçının məşhur əsərləri sırasında böyük ispan rəssamına həsr olunmuş "Qoyya, yaxud idrakın məşəqqətli yolu" (1952), "Qəribə adamın müdrikliyi, yaxud Jan Jak Russonun ölümü və ölməzliyi" (1952) romanlarını qeyd etmək olar. Feyxtvangerin bir çox əsərləri ekranlaşdırılıb.

Ömrünün son illərini ABŞ-də keçirən yazıçı 1958-ci il dekabrın 21-də Los-Anceles şəhərində vəfat edib.

Xarici keçidlər

  • Feyxtvanger Xatirə Kitabxanası Arxivləşdirilib 2013-07-08 at the Wayback Machine
  • Beynəlxalq Feyxtvanger Cəmiyyəti Arxivləşdirilib 2013-08-02 at the Wayback Machine
  • Lionun həyat yoldaşı Marta Feyxtvangerlə müsahibə
  • Lion Feyxtvanger — IMDb səhifəsi

Read next

In 49 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article