factograf
AZ

İnternetin ad fəzaları ilə əlaqəli bir neçə verilənlər bazasının saxlanması və prosedurlarının əlaqələndirilməsinə cavabdeh olan təşkilat

ICANN

ICANN

Key facts

yaranma tarixi18 sentyabr 1998
anlayışın sinfiqeyri-kommersiya təşkilatı
ölkəABŞ
All data from the card 4
Növü
qeyri-kommersiya təşkilatı
Yaranma tarixi
18 sentyabr 1998
Baş ofisin yerləşməsi
Los-Anceles
Üzvləri
388 nəf. (2020)

Təyin Olunmuş Adlar və Nömrələr üzrə İnternet Korporasiyası (ing. Internet Corporation for Assigned Names and Numbers) – 1998-ci ildə ABŞ Ticarət Nazirliyi tərəfindən yaradılmış qeyri-kommersiya qurumu. Üst səviyyə domen (TLD) adlarının verilməsinə nəzarət edir, İnternetin ünvan fəzasına, protokolların parametrlərinin müəyyənləşdirilməsinə, domen adları sisteminə və kök serverləri sisteminə cavabdehlik daşıyır. ICANN yaradılmamışdan öncə bu məsələləri bir-biri ilə bağlı olmayan bir neçə agentlik həll edirdi.

ICANN tərəfindən 1999-cu ildə UDRP (domenlər haqqında mübahisələri araşdıran vahid siyasət) qəbul edilmişdir. Buradakı sənədlər vasitəsilə bəd niyyətlə domen adların qeydiyyatı məsələlərinə baxmaq məqsədini daşıyan məhkəmə xaricində mübahisələrinin nizama salınması sistemi yaradılmışdır.

Göstərilən sənədlərin qüvvəyə minməsi anından başlayaraq, domenlərlə bağlı mübahisələri araşdıran bir neçə mərkəz akkpeditə edilmişdir. Baxılan mübahisələrin 90%-i Arbitraj-vasitəçi mərkəz – Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Milli Arbitraj Forumu kimi təşkilatların payına düşür.

Ədəbiyyat

  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Read next

In 54 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article