factograf
AZ
Sign in

Ford Model T

Ford Model T
All data from the card 3
İstehsalçı
Ford
İstehsal sayı
15.000.000 ± 100.000
Kütləsi
540 kq

Ford Model T - Ford tərəfindən istehsal edilmiş avtomobil. Model əsasən üç mühəndis, Cozef A. Qalamb (əsas mühəndis), Eugene Farkas və Çild Harold Uils tərəfindən hazırlanmışdır. Geniş ictimaiyyət üçün əlçatan ilk kütləvi istehsal olunan avtomobil olaraq tarixə düşmüşdür. Model 20-ci əsrin ən təsirli avtomobili seçilib. Fordun T Modeli təkcə böyük miqyasda ucuz nəqliyyat təmin etdiyinə görə deyil, həm də avtomobilin yüksələn orta sinif üçün yeniliyi ifadə etdiyinə və Birləşmiş Ştatların modernləşmə dövrünün güclü simvoluna çevrildiyinə görə uğur qazanıb.

Ümumi məlumat

Model T mühərriki
Model T mühərriki

Model T ilk dəfə 1 oktyabr 1908-ci ildə ictimaiyyətə təqdim edildi. Henri Ford və onun mühəndis komandası bu avtomobili xalq üçün əlverişli, etibarlı və asan idarə olunan bir vasitə kimi dizayn etmişdi. Ford bu modelin istehsalını asanlaşdırmaq üçün konveyer xətti texnologiyasını tətbiq etdi. Bu yanaşma sənaye inqilabında mühüm mərhələ sayılır. İlk illərdə avtomobil hissələri əl ilə birləşdirilirdisə də, 1913-cü ildən etibarən Detroit fabrikində tam avtomatlaşdırılmış sistemi tətbiq edildi. Bu yenilik istehsal sürətini kəskin artırdı və qiyməti xeyli aşağı saldı. Nəticədə, 1908-ci ildə 850 ABŞ dollarına başa gələn Model T-nin qiyməti 1925-ci ilə qədər 260 dollara qədər endi.

Texniki xüsusiyyətlər

  • Mühərrik: 2.9 litrlik, 4 silindrli benzin mühərriki
  • At gücü: Təxminən 20 at gücü
  • Sürət: Maksimum 72 km/saat
  • Yanacaq sərfiyyatı: 100 km-ə təqribən 11 litr
  • Transmissiya: 2 sürətli planetar ötürücü (ayrıca geri ötürücü ilə)

Model T həm sedan, həm də kabriolet, kupe, yük maşını və digər variantlarda təqdim olunurdu.

In 63 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article