factograf
AZ
Sign in

ABŞ mənşəli neft şirkəti

ExxonMobil

ExxonMobil

Key facts

yaranma tarixi5 avqust 1882
anlayışın sinfiictimai şirkət, müəssisə, şirkət
ölkəABŞ
baş icraçı direktorDarren Vuds
All data from the card 10
Sənaye
neft sənayesi[d]
Təsis tarixi
5 avqust 1882
Ümumi kapital
191.650.000.000 $ (2015, 2016, 2017, 2018, 2019)
Ümumi aktivlər
362.597.000.000 $ (2011, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2018, 2019)
Ümumi gəliri
339.250.000.000 $ (2009, 2010, 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2018, 2019, 2020, 2021, 2022, 2023, 2024, 2024)
Xalis mənfəəti
33.680.000.000 $ (2007, 2009, 2010, 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2018, 2019, 2020, 2021, 2022, 2023, 2024)
Əməliyyat mənfəəti
48.873.000.000 $ (2014, 2015, 2016, 2017, 2018, 2019, 2020, 2021, 2022, 2023, 2024)
İşçi sayı
74.900 nəf. (2013, 2015, 2016, 2017, 2018, 2019)
Baş icraçı direktor
Darren Vuds
İdarə heyəti
Darren Vuds

Exxon Mobil Corporation — dünyanın ən böyük neft şirkətlərindən biri sayılan ABŞ şirkəti.

Şirkətin baş ofisi Texas ştatının Dallas şəhərinin ətrafında olan İrvinqdə yerləşir. Əsas neft ehtiyatları Asiya və ABŞ-də, təbii qaz isə ABŞ, Avstraliya, Asiya və Avropada yerləşir.

Tarixi

Hazırkı şirkət 1999-cu ildə ABŞ-nin ən böyük neft şirkətləri Exxon və Mobilin birləşməsi nəticəsində yaranmışdır.

Hər iki şirkət 1870-ci ildə əsası qoyulmuş Con Rokfellerin Standard Oil şirkətinin varisləridir. On ildən az bir müddət ərzində bu şirkət ABŞ-də neft emalına nəzarəti demək olar ki, tamamilə ələ keçirmişdi. Artıq 1878-ci ildə neft emalından əldə edilən 35 milyon dollarlıq gəlirin 33 milyon dolları Standard Oil-a məxsus idi. 1882-ci ildə Standard Oil ABŞ-də neft emalı zavodlarının 80%-nə və neft kəmərlərinin 90%-nə nəzarət edən 30 şirkətin trestinə çevrildi və trestin əsası kimi Nyu Cersi ştatının Standard Oil şirkəti yaradıldı (qeydiyyat sənədlərinə əsasən, Exxon Mobil Korporasiyası onun birbaşa varisidir). 1888-ci ildə ilk xaricdəki törəmə şirkəti Anglo-American Oil Company sonradan Esso Petroleum Company olacaq) yaradıldı. 1890-cı ildə, ilk növbədə Standard Oil-a yönəlmiş Şerman Anti-Trest Aktı qəbul edildi və 1911-ci ildə uzun illər davam edən məhkəmə çəkişmələrindən sonra ABŞ Ali Məhkəməsi Standard Oil-i 34 müstəqil şirkətə bölməyə qərar verdi, onlardan biri Standard adlanmağa davam etdi.

Fəaliyyəti

2021-ci ilin sonuna olan məlumata görə, şirkətin təsdiqlənmiş karbohidrogen ehtiyatları 18,536 milyard barrel neft ekvivalenti, o cümlədən neft — 7,436 milyard barrel (qaz kondensatı, bitum və sintetik neft daxil olmaqla 12,174 milyard barrel), təbii qaz — 1,081 milyard kubmetr təşkil edir. 2021-ci ildə gündəlik neft və qaz hasilatı 3,712 milyon barel, ondan 2,289 milyon barel neft, 241,7 milyon kubmetr təbii qaz hasilatı olub. 1 barrel neftin hasilatı orta hesabla 11 dollar, ən aşağısı Asiyada 4 dollar, Avstraliyada 5 dollar, ABŞ-də 9 dollar, Afrikada 19 dollar, Kanada və Latın Amerikasında 22 dollar, Avropada 32 dollar təşkil edib.

ExxonMobil-in ümumi gücü sutkada 4,57 milyon barel olan 13 ölkədə 19 neft emalı zavodunda maraqları var. Onlardan beşi ABŞ-də (Texas ştatında 2, İllinoys, Luiziana və Montanada hər birində bir, gündə 1,77 milyon barel), Kanadada 3 (gündə 428 min barel), 8-i Avropada (2 Fransada, həmçinin Belçika, Böyük Britaniya, Hollandiya, İtaliya və Almaniya, gündə 1,35 milyon barrel), Asiyada 4 (Sinqapur, Səudiyyə Ərəbistanı, Tailand və Çin, gündə 1,03 milyon barrel).

Read next

In 69 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article