factograf
AZ

Estoniyanın rəsmi dili

Eston dili

Eston dili

Key facts

anlayışın sinfitəbii dil, makrodil, müasir dil
ölkəEstoniya
təsvir edildiyi mənbəBrokhauz və Efronun ensiklopedik lüğəti
All data from the card 18
Orijinal adı
eesti keel
Ölkə
Estoniya
Region
Şimali Avropa
Rəsmi status
Estoniya Beynəxalq təşkilatlar: AI BA
Tənzimləyən təşkilat
Eston Dili İnstitutu
Danışanların ümumi sayı
1,1 milyon.
Status
təhlükəsiz vəziyyətdədir
Kateqoriya
Avrasiya dilləri
Yazı
latın əlifbası (eston əlifbası)
QOST 7.75–97
эст 850
ISO 639-1
et
ISO 639-2
est
ISO 639-3
est
Dilin strukturlarının dünya atlası
est
Ethnologue
est
ABS ASCL
1601
IETF
et
Glottolog
esto1258

Eston dili (orijinal dildə eesti keel ) — estonların dili. Ural dillərinin fin-uqor budağının baltika-fin alt qrupuna aiddir. Estoniya və Avropa birliyinin rəsmi dilidir. Yazı sistemi Latın əlifbasına əsaslanır.

Eston dili təxminən 1 milyon insanın ana dilidir. Onların əksəriyyəti (təxminən 900.000 nəfər) Estoniya sakinləridir.

Estoniya dili səslərin üç dərəcə uzunluğu ilə (həm sait, həm samit) diqqət çəkir: qısa, uzun və ən uzun. Uzunluqdan asıllı olaraq sözlər fərqli mənalar verir.

Dilin kodu — et və ya est (ISO 639-a uyğun olaraq).

Adı

Estlər xalqının adına ilk dəfə Tasitin (98-ci il) əsərlərində rast gəlinir, lakin, göründüyü kimi, bu etnonim Baltik tayfalarından birinə aiddir, çünki Tasitin təsvir etdiyi xalq Baltik dənizinin Visladan şərqdə olan sahilində məskunlaşmışdır, orada isə Baltika-Fin xalqları heç vaxt yaşamamışdılar. Bu ad, Şərqi Baltikyanı fəth etdikdən sonra almanlar və danimarkalılar tərəfindən estonlara verildi. Estonlar özlərini maarahvas "torpaq xalqı", dillərinə isə maakeel "torpaq dili" deyirdilər. Eestlased və eesti keel adları yalnız 19-cu əsrin ikinci yarısından sonra yayılmağa başlandı.

Linqvocoğrafiya

Dialektlər

Eston dili bir-birindən əhəmiyyətli dərəcdə fərqlənən iki ləhcəyə bölünür:

Şimal eston

1. Orta eston dialektləri
orta
qərb
ada
şərq
2. Şimal-şərq dialektləri
sahil
alutaquz

Cənub eston

mulkski (mulgiskii)tartuvıro

Çox vaxt ayrı dil hesab edilən cənub eston ləhcəsinin əsasını qədim müstəqil Baltika-Fin dili təşkil edir. Setu şivəsi bir çox hallarda cənub eston ləhcəsinin ayrı dialekti hesab edilir, lakin Karl Payusal, Ellen Niyt və Tiyta Xennosteyə görə, setu şivəsi vıro dialektinin budağıdır.

Yazısı

Eston əlifbası

A a B b C c D d E e F f G g H h
I i J j K k L l M m N n O o P p
Q q R r S s Š š Z z Ž ž T t U u
V v W w Õ õ Ä ä Ö ö Ü ü X x Y y

C, Q, W, X, Y hərfləri yalnız xarici adların yazılması üçün istifadə olunur. F, Š, Z və Ž hərflərinə yalnız digər dillərdən alınma sözlərdə rast gəlmək olur.

Read next

In 164 languages

azаԥсшәаAfrikaansAlemannischአማርኛaragonésÆngliscअंगिकाالعربيةمصرىasturianuتۆرکجهбашҡортсаžemaitėškaбеларуская (тарашкевіца)беларускаябългарскиবাংলাbrezhonegbosanskicatalàнохчийнCebuanoکوردیčeštinaчӑвашлаCymraegdanskDeutschZazakidolnoserbskiΕλληνικάEnglishEsperantoespañoleestieuskaraestremeñuفارسیsuomivõroføroysktfrançaisNordfriiskFryskGaeilgeGàidhliggalegoGaelg客家語 / Hak-kâ-ngîHawaiʻiעבריתहिन्दीFiji HindihrvatskihornjoserbscemagyarհայերենJaku IbanBahasa IndonesiaInterlingueIlokanoIdoíslenskaitaliano日本語ქართულიQaraqalpaqshaTaqbaylitKumoringқазақшаភាសាខ្មែរ한국어перем комикъарачай-малкъарکٲشُرkurdîкомиkernowekкыргызчаLatinaLëtzebuergeschлаккуLingua Franca NovaLimburgslombardລາວlietuviųlatgaļulatviešuмокшеньMalagasyолык мариймакедонскиമലയാളംмонголꯃꯤꯇꯩ ꯂꯣꯟमराठीкырык марыBahasa MelayuэрзяньمازِرونیNedersaksiesPlattdüütschनेपालीनेपाल भाषाNederlandsnorsk nynorsknorskoccitanlivvinkarjalaиронਪੰਜਾਬੀPapiamentupolskiPiemontèisپنجابیپښتوportuguêsRuna SimiromânăрусскийрусиньскыйIkinyarwandaсаха тылаᱥᱟᱱᱛᱟᱲᱤsarduScotsdavvisámegiellasrpskohrvatski / српскохрватскиSimple Englishslovenčinaslovenščinaanarâškielâshqipсрпски / srpskisvenskaKiswahiliதமிழ்тоҷикӣไทยTagalogtolışitoki ponaTürkçeтатарча / tatarçaудмуртئۇيغۇرچە / Uyghurcheукраїнськаاردوoʻzbekcha / ўзбекчаvènetovepsän kel’Tiếng ViệtVolapükwalonWinaray吴语მარგალურიייִדיש文言閩南語 / Bân-lâm-gí粵語中文

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article