factograf
AZ

Estoniya

Estoniya

Key facts

əhalisi1.369.995
sahəsi45.335km²
anlayışın sinfiölkə, suveren dövlət, Unitar dövlət
ölkəEstoniya
paytaxtTallin
yaranma tarixi24 fevral 1918
dövlət başçısıAlar Karis
hökumət başçısıKristen Michal
qitəAvropa
saat qurşağıUTC+02:00
All data from the card 32
• Müstəqilliyin elanı
24 fevral 1918
• Müstəqilliyin tanınması
2 fevral 1920
• Sovet və alman işğalları
1940–1991
• Müstəqilliyin bərpası
20 avqust 1991
• Aİ-yə qoşulması
1 may 2004
Rəsmi dili
eston
Etnik qrupları
Estonlar – 69,4% Ruslar – 23,6% Ukraynalılar – 2,1% Belaruslar – 0,9% Finlər – 0,6% Digər – 3,4% (2022)
Dini
Dinsiz – 64,9% Xristianlıq – 34% — Ortodoks – 19,9% — Lüteran – 12% — Digər – 2,1% Digər – 1,1% (2011)
Paytaxt
Tallin
Ən böyük şəhəri
paytaxtı
İdarəetmə forması
Unitar parlamentli respublikası
Prezident
Alar Karis
Baş nazir
Kristen Michal
Qanunverici orqanı
Riyqikoqu
Sahəsi
Dünyada 129-cu
• Ümumi
45.339 km2 (17.505 kv. mil) km²
• Su sahəsi (%)
5,16 (2015)
• Əhali (2022)
▼ 1.331.796 nəfər
• Siyahıyaalma (2021)
1.331.824 nəf.
• Sıxlıq
30,6 nəf./km² (148-ci)
• Ümumi (2022)
$59,557 milyard dollar (114-cü)
• Adambaşına
$44.778 dollar (39-cu)
• Ümumi (2022)
$37,202 milyard dollar (97-ci)
• Adambaşına
$27,971 dollar (42-ci)
İİİ (2021)
0,890
Demonim
Eston
Valyuta
Avro (€) (EUR)
İnternet domeni
.ee
ISO kodu
EE
Telefon kodu
+372
Saat qurşaqları
UTC+02:00 (ŞAV)
Nəqliyyatın yönü
sağ

Estoniya (rəsmi adı Estoniya Respublikası) — Şimali Avropanın Baltik regionunda dövlət. Paytaxtı Tallin şəhəridir. Estoniya cənubda Latviya, şərqdə isə Rusiya ilə həmsərhəddir. Şimalda Fin körfəzi Estoniyanı Finlandiyadan, Baltik dənizi isə İsveçdən ayırır. Estoniyanın ərazisi 45.226 km², əhalisi isə 1.34 milyon nəfərdir. Mülayim iqlimə malik ölkədir. Estonlar fin qrupuna daxil olan xalqdır, rəsmi dili eston dilidir, bu dil fin dilinə çox yaxındır. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə Estlandiya (ائستلان‌دییا) adlandırılmışdır.

Estoniya müstəqilliyini 20 avqust 1991-ci ildə bərpa etmişdir. Estoniya demokratik parlament respublikası olub, inzibati cəhətdən 15 maakonda (region) bölünür. Estoniya 29 mart 2004-cü il tarixindən NATO, 1 may 2004-cü il tarixindən isə Avropa İttifaqının üzvüdür. Keçmiş SSRİ respublikaları arasında Estoniya ən yüksək adambaşına düşən Ümumi Daxili Məhsula malik ölkədir, BMT Estoniyanı artıq bir neçə il əvvəldən yüksək səviyyəli İnsan inkişafı indeksinə malik olduğuna görə İnkişaf etmiş ölkələr qrupuna daxil edib.

Tarixi

Müasir Estoniya ərazisində insanlar eramızdan 8500 il əvvəldən məskunblaşmağa başlayıblar. Estonların əsas dini bütpərəstlik olub. Lakin 11-ci əsrdən etibarən Qərbi Avropa dövlətləri şimalda yaşayan xalqları xristianlaşdırmaq məqsədilə onlara qarşı xaç yürüşləri təşkil etməyə başlayıblar. Bu müharibələr tarixə Şimali xaç yürüşləri adı ilə keçib. Xaç yürüşlərindən əvvəl avropalılar həmin xalqları sülh yolu ilə xristianlaşdırmağa çalışıblar, lakin bunun bir nəticə vermədiyini görəndə onlara qarşı müharibəyə başlayıblar. Xaçlılar 1208-ci ildə Estoniyaya qarşı ilk yürüşə çıxdılar. 1227-ci ildə Estoniya alman və Danimarka qoşunları tərəfindən işğal olundu. 1228-ci ildən 1560-cı illərə kimi Estoniya Tevton ordeninin tərkibində olmuşdur. Rusiya və Livoniya Konfederasiyası arasında baş vermiş Livoniya müharibəsi (1558–1583) nəticəsində dağıldı. Bu müharibə Estoniya üçün çox böyük fəlakətlərə səbəb oldu. Bu müharibədən əvvəl Estoniyanın əhalisi 250–300.000 nəfər idisə, 17-ci əsrin 20-ci illərində əhalinin sayı 120–140.000 nəfər olmuşdu.

Rəsmi olaraq 1517-ci ildə almaniyalı keşiş Martin Lüterin yazdığı 95 tezisin elan olunması ilə Avropada başlanmış Reformasiya hərəkatının Estoniyanın da daxil olduğu Baltikyanı ərazilərə çox böyük təsiri oldu. Buna uyğun olaraq həmin ölkələrdə din, təhsil, dil, siyasət böyük ölçüdə dəyişikliklərə uğradı. Kilsə ayinlərində yerli dildən istifadə olunmağa başlandı (reformasiyadan əvvəl bunun üçün latın dilindən istifadə olunurdu). Livoniya müharibəsi nəticəsində Estoniya tamamilə İsveç imperiyasının tərkibinə daxil oldu. 1631-ci ildə İsveç kralı Qustav II Adolf feodallardan kəndlilərə daha böyük hüquqlar verilməsini əmr etdi. 1632-ci ildə Estoniyada ilk dəfə olaraq çap mətbəəsi və Dorpat şəhərində (1918-ci ildən sonra Tartu adlanıb) universitet açıldı. İsveçin hakimiyyəti altında olduğu dövr Estoniyada tərəqqi dövrü hesab olunur. Əhalinin sayı 1657-ci ilə qədər sürətlə artdı. Həmin ildə baş vermiş epidemiya bu artımı dayandırdı. 1695–1697-ci illərdə Estoniyada baş vermiş fəlakətli aclıq illərində əhalinin 20%-i, təxminən 70.000 nəfər qırıldı.

Siyasət

Ali qanunverici orqan – Riyqikoqu (birpalatalı parlament)

Ali icraçı orqan – hökumət (baş nazir Andrus Ansip(2005))

Siyasi partiyaları

1. Estoniya Sosial-Demokrat Partiyası, lideri: İ. Padar;

2. Estoniya Birləşmiş Rus Əhalisi Partiyası, lideri: Y. Tomberq;

3. İslahat Partiyası, lideri: A. Ansip;

4. Mərkəz Partiyası, lideri: E. Savisar.

Bölgələri

Estoniya Administrativ hissələr
Estoniya Administrativ hissələr
Paytaxt Tallinn və olduğu bölgə
Paytaxt Tallinn və olduğu bölgə
2 images

Estoniya 15-ayrı idarəetmə vahidinə bölünmüşdür. Bu bölgələr iqtisadi və coğrafi strukturlarına görə bir-birindən ayrılmışdır.

Bu bölgələr, (maakonnad), əyalət deyil də, ayrı rəhbərlik vahidləri olaraq qiymətləndirilməlidirlər.

Coğrafiya

Estoniyanın Latviya ilə sərhədi 267 km, Rusiya ilə sərhədinin uzunluğu isə 290 kilometrdir. Estoniyanın cari ərazisi 1920-ci ildə Tartu müqaviləsi nəticəsində müstəqil Estoniyaya məxsus olan ərazidən 2.300 km² daha azdır. Həmin ərazilər İkinci dünya müharibəsindən sonra Stalin tərəfindən Rusiyaya birləşdirilib. Bu səbəbdən, hazırda Estoniya ilə Rusiya arasında sərhəd mübahisələri mövcuddur.

Demoqrafiya

2000-ci ilin 31 mart tarixində aparılmış siyahıya almanın yekunlarına əsasən Estoniya Respublikasının 1,370,052 nəfər əhalisi var.

2006-cı ildəki məlumatlara görə 1,34 mln nəfərdir.

Əhalinin 65%-ni estonlar, 28,1%-ni ruslar təşkil edir.

Əlavələr

Estoniya dünyada e-hökumətə görə son illər ən qabaqcıl yerlərdən birini tutmaqdadır. Bu ölkədə mobil və internet texnologiyaları o dərəcədə inkişaf edib ki, nəinki ödəmələr, hətta seçki sistemi də elektron versiyadadır. Bu ölkədə e-seçki sistemi uğurla həyata keçirilir, mobil telefonla səs vermə mümkündür, həmçinin seçki yaşına çatmamış şəxslərin e-seçki barəsində məlumatlandırılması və vərdişlərinin artırılması üçün "kölgə səsverməsi" həyata keçirilir.

Xarici keçidlər

  • "Estonika" Ensiklopediyası
  • Estoniya hökuməti
  • Estoniya parlamenti

Həmçinin bax

Read next

In 294 languages

azаԥсшәаAcèhадыгабзэAfrikaansAlemannischалтай тилአማርኛPangcaharagonésÆngliscOboloअंगिकाالعربيةܐܪܡܝܐالدارجةمصرىasturianuаварKotavaअवधीAymar aruتۆرکجهбашҡортсаBasa BaliBoarischžemaitėškaBatak TobaBikol Centralбеларуская (тарашкевіца)беларускаяBetawiбългарскиभोजपुरीBislamabamanankanবাংলাབོད་ཡིགবিষ্ণুপ্রিয়া মণিপুরীbrezhonegbosanskiбуряадcatalàChavacano de Zamboanga閩東語 / Mìng-dĕ̤ng-ngṳ̄нохчийнCebuanoChamoruᏣᎳᎩکوردیcorsuqırımtatarcačeštinakaszëbscziсловѣньскъ / ⰔⰎⰑⰂⰡⰐⰠⰔⰍⰟчӑвашлаCymraegdanskdagbanliDeutschThuɔŋjäŋZazakidolnoserbskiडोटेलीཇོང་ཁeʋegbeΕλληνικάemiliàn e rumagnòlEnglishEsperantoespañoleestieuskaraestremeñuفارسیFulfuldesuomivõroføroysktfrançaisarpetanNordfriiskfurlanFryskGaeilgeGagauzkriyòl gwiyannenGàidhliggalegoگیلکیAvañe'ẽगोंयची कोंकणी / Gõychi Konknni𐌲𐌿𐍄𐌹𐍃𐌺ગુજરાતીGaelgHausa客家語 / Hak-kâ-ngîHawaiʻiעבריתहिन्दीFiji HindihrvatskihornjoserbsceKreyòl ayisyenmagyarհայերենԱրեւմտահայերէնinterlinguaJaku IbanBahasa IndonesiaInterlingueIgboIlokanoгӀалгӀайIdoíslenskamedžuslovjanskyitaliano日本語Patoisla .lojban.JawaქართულიQaraqalpaqshaTaqbaylitадыгэбзэKabɩyɛKongoKumoringқазақшаភាសាខ្មែរಕನ್ನಡ한국어перем комикъарачай-малкъарکٲشُرRipoarischkurdîкомиkernowekкыргызчаLatinaLadinoLëtzebuergeschлезгиLingua Franca NovaLugandaLimburgsLigureLadinlombardlingálaລາວlietuviųlatgaļulatviešuMadhurâमैथिलीBasa BanyumasanмокшеньMalagasyолык марийMāoriMinangkabauмакедонскиമലയാളംмонголꯃꯤꯇꯩ ꯂꯣꯟဘာသာမန်मराठीкырык марыBahasa MelayuMaltiMirandésမြန်မာဘာသာэрзяньمازِرونیNapulitanoNedersaksiesPlattdüütschनेपालीनेपाल भाषाNederlandsnorsk nynorsknorskNovialNouormandSesotho sa LeboaNupeDiné bizaadChi-ChewaoccitanlivvinkarjalaOromooଓଡ଼ିଆиронਪੰਜਾਬੀPangasinanKapampanganPapiamentuPicardDeitschpolskiPiemontèisپنجابیΠοντιακάپښتوportuguêsRuna Simirumantschromani čhibromânăarmãneashtitarandíneрусскийрусиньскыйIkinyarwandaसंस्कृतम्саха тылаᱥᱟᱱᱛᱟᱲᱤsardusicilianuScotsسنڌيdavvisámegiellaSängösrpskohrvatski / српскохрватскиTaclḥitတႆးසිංහලSimple EnglishslovenčinaslovenščinaGagana SamoaanarâškielâchiShonaSoomaaligashqipсрпски / srpskiSranantongoSiSwatiSesothoSeelterskSundasvenskaKiswahiliślůnskiSakizayaதமிழ்TayalతెలుగుtetunтоҷикӣไทยTürkmençeTagalogtolışilea faka-Tongatoki ponaTok PisinTürkçeSeediqXitsongaтатарча / tatarçachiTumbukaTwireo tahitiудмуртئۇيغۇرچە / Uyghurcheукраїнськаاردوoʻzbekcha / ўзбекчаTshivendavènetovepsän kel’Tiếng ViệtWest-VlamsVolapükwalonWinarayWolof吴语isiXhosaმარგალურიייִדישYorùbáVahcuenghZeêuwsⵜⴰⵎⴰⵣⵉⵖⵜ ⵜⴰⵏⴰⵡⴰⵢⵜ文言閩南語 / Bân-lâm-gí粵語中文isiZulu

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article