factograf
AZ
Sign in

Comedy Central

Comedy Central
All data from the card 8
Ölkə
ABŞ
Yayım ərazisi
Ümumdünya
Dil
İngilis dili
Baş qərargah
345 Hadson-strit, Nyu-York, Nyu-York, ABŞ
Yaranma tarixi
1 aprel 1991
Sahibi
«Viacom»
Keçmiş adları
«CTV» – «The Comedy Network» (1 aprel–31 may 1991)
Sayt
cc.com

«Comedy Central» — ABŞ kabel telekanalı. Telekanal «Viacom» şirkətinin mülkü olan «Viacom Media Networks» şirkətinin mülkü olan «Viacom Global Entertainment Group» şirkətinə aiddir. Telekanal daha yetkin auditoriyaya malikdir və orijinal, lisenziyalanmış və sindikasiya edilmiş komediya verilişləri və stendap şouları, eləcə də bədii filmləri əhatə edir. 2000-ci illərin əvvəllərindən «Comedy Central» Cənub-şərqi Asiya, Avropa, Latın Amerikası, Yeni Zelandiya, Orta Şərq və Afrikada lokal telekanallar açmışdır. Beynəlxalq telekanallar «Viacom International Media Networks» idarəçiliyi altındadır.

Telekanal 1989-cu ildə «The Comedy Channel» adı altında təsis edilmiş, 1990-cı ildə isə adını «Ha! The Comedy Network» olaraq adını dəyişmiş, 1991-ci ildə isə indiki adını almışdır. Telekanalın baş qərargahı ABŞ-nin Nyu-York ştatının Nyu-York şəhərinin 345 Hadson-strit küçəsində yerləşir. «Comedy Central» telekanalının bir çox orijinal verilişləri var. Onlardan ən uğurlusu 1997-ci ildə yayıma başlayan «South Park» satirik animasiya serialıdır. Həmçinin 2003-cü ildə telekanalın gecə blokunda yayıma başlayan «Gizlin yığın» da əhəmiyyətli dərəcədə uğurlu olmuşdur.

Telekanal yayımladığı verilişlərin kəskin, satirik və bəzən araqarışdırıcı təbiətlərə malik olduqlarından, eləcə də mövzularda istifadə edilən dil üslubuna görə tez-tez tənqid olunur. 2016-cı ilin yanvar ayında «Comedy Central» telekanalının ABŞ-də təqribən 91.859.000 abunəçisi (ümumi telekanlların 78.919%-i) var idi. Telekanalın Rusiya variantı – «Paramount Comedy» bütün postsovet ölkələrində, o cümlədən Azərbaycanda da yayımlanır.

Xarici keçidlər

  • cc.com — «Comedy Central» telekanalınının rəsmi saytı

Read next

In 58 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article