«Rishtey Cineplex» — «Viacom 18» şirkətinin sahibləndiyi və Bollivud filmlərini yayımlayan Hindistan telekanalı. Telekanal 29 mart 2016-cı ildə «Airtel digital TV» platformasında yayıma başlamışdır.
2016-cı ilin iyun ayında «Viacom 18» şirkəti Böyük Britaniyada telekanalı yayımlayacağını açıqlamışdır. Telekanal 29 sentyabr 2016-cı ildə «UMP Movies» telekanalının əvəzinə «Sky» platformasında yayıma başlamışdır.
Telekanal 17 yanvar 2017-ci ildə «Freeview» platformasında yayıma başlamışdır. 1 iyul 2017-ci ildə isə həmin platformada yayımını dayandırmışdır.
Telekanal 3 oktyabr 2017-ci ildə «Virgin Media» platformasında yayıma başlamışdır.
Xarici keçidlər
- rishteycineplex.com — «Rishtey Cineplex» telekanalınının rəsmi saytı
