Charkhand (hind. झारखंड; ing. Jharkhand) — Hindistanın şərqində ştat. 15 noyabr 2000-ci ildə Bihar əyalətindən ayrılmışdır. Charkhand şimalda Bihar, qərbdə Uttar Pradeş və Çhattisqarh, cənubda Orissa və şərqdə Qərbi Benqaliya ilə həmsərhəddir. Sahəsi 79 710 kv. km-dir.
Paytaxt Rançi, ən böyük şəhəri Cəmşidpurdur, ikinci böyük şəhəri Hindistanın kömür paytaxtı Dhanbaddır. "Charkhand" adı "Meşələr ölkəsi" olaraq tərcümə olunur. Dövlət Hindistanın mineral ehtiyatlarının 40% -nə malikdir.
