factograf
AZ

Azərbaycan siyasətçisi

Yevda Abramov

Yevda Abramov

Key facts

doğum tarixi12 iyun 1948
ölüm tarixi6 dekabr 2019
təhsiliAzərbaycan Dövlət Pedaqoji Universiteti
fəaliyyətiQanunvericilər, siyasətçi
doğum yeriQırmızı Qəsəbə
ölüm yeriBakı
iş yeriAzərbaycan Respublikasının Milli Məclisi
tutduğu vəzifəAzərbaycan Respublikası Milli Məclisinin deputatı
siyasi partiya üzvlüyüYeni Azərbaycan Partiyası
aldığı mükafatlar"Şöhrət" ordeni
All data from the card 9
Seçki dairəsi
2005, 2010 və 2015 — 53 saylı Quba-Qusar
Doğum tarixi
12 iyun 1948
Doğum yeri
Qırmızı Qəsəbə, Quba rayonu, Azərbaycan
Vəfat tarixi
6 dekabr 2019 (71 yaşında)
Vəfat yeri
Bakı, Azərbaycan
Dəfn yeri
Quba
Partiya
Yeni Azərbaycan Partiyası
Təhsili
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Fəaliyyəti
Qanunvericilər

Yevda Sasunoviç Abramov (12 iyun 1948, Qırmızı Qəsəbə, Quba rayonu – 6 dekabr 2019, Bakı) — yəhudi əsilli Azərbaycan siyasətçisi, Azərbaycan Milli Məclisinin deputatı (2005–2019), "Şöhrət" ordeni laureatı (2018).

Həyatı

Yevda Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı Qəsəbəsində anadan olmuşdur. Milliyətcə yəhudidir.

"Azərbaycan DNT" layihəsinin məlumat bazasında mövcud olan genetik nəticələrə əsasən, Yevda Abramovun Y-DNT nümunəsinin J1 haploqrupunun Z18271 subkladına, daha dəqiq – ZS2458 alt qoluna aid olduğu müəyyən edilmişdir. Filogenetik analizlər göstərir ki, Yevda Abramovun ata xətti təxminən 1000–1400 il əvvəl iraqmənşəli, Kohen nəslinə aid olan iki fərqli yəhudi paternal xətti ilə birləşir. Müəyyən edilmiş J1-Z18271 üst subkladı beynəlxalq elmi ədəbiyyatda "Kohen Modal Haplotipi" kimi tanınan və ənənəvi olaraq Harunun soyundan gəldiyi qəbul edilən kohenlər arasında geniş şəkildə aşkarlanır. Bu genetik göstəricilər Yevda Abramovun ata xəttinin Kohen ənənəsi ilə və Harunun nəsli ilə əlaqələndirildiyini göstərir. Test edilmiş nümunə birbaşa Yevda Abramova məxsus olmuş və fərdi xarakter daşımışdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirib və pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb.

7 dekabr 2019-cu ildə vəfat etmişdir.

Azərbaycan, türk, rus və fars dillərini bilirdi.

Ailəsi

Ailəli idi, 4 övladı var.

Siyasi fəaliyyəti

Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur. Azərbaycan Milli Məclisinin III, IV və V çağırış deputatı seçilmişdir.

Mükafatları

  • 11 iyun 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Yevda Sasunoviç Abramov "Şöhrət" ordeni ilə təltif edilib.

Read next

In 7 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article