factograf
AZ
Sign in

Xasthur

Xasthur

Key facts

yaranma tarixi1995
anlayışın sinfimusiqi qrupu
janrhevi-metal
All data from the card 4
Milliyyəti
ABŞ, Alhambra, Kaliforniya
Fəaliyyət illəri
1991 - 2010
Janr
Metal musiqi
Albom şirkətləri
Disharmonic Variations, Moribund Cult

Xasthur 1995-ci ildə Malefic ləqəbli musiqiçi Scott Conner tərəfindən Kaliforniya, Alhambrada qurulmuş, bir nəfərlik köhnə depressive black metal qrupudur. Malefic, Xasthuru qurmamışdan əvvəl çoxsaylı death metal qruplarında rol alıb. Xasthur hər nə qədər xışırtılı musiqi və meyit makiyajı etsə də, bənzərlərindən fərqli olaraq Paqanlıq, Satanizm, Xristianlıq əleyhdarı kimi məşhur mövzular üzərinə deyil, astral səyahət, qaranlıq, ümidsizlik, intihar, nifrət və ölüm üzərinə mahnı sözləri yazmışdır.

Malefic, Sunn O))) ilə tura çıxmış və səhnədə Nachtmystium ilə birlikdə oxumuşdur. Pitchfork Media'ya verdiyi bir müsahibədə isə "bu qrupu canlı musiqi nümayişlərindən uzaq tutacağam" demişdir. Burzum və Gravelanddan təsirləndiyi bilinməkdədir. Malefic qrupun adını ilk əvvəl "Xasthuriath" qoysa da, sonradan uzun olduğu səbəbindən "Xasthur" olaraq dəyişdirdi. Xasthur, "Hastur" və "Xenaoth" adlarının birləşməsindən yaranan bir sözdür. Malefic ilk adı Necronomicon kitabında tapdığını və mənasının "insanları yuxusunda öldürən şeytan" olduğunu, ikinci adın isə bir Afro-Karib dini olan Santeríanın kitabında oxuduğunu və səmavi ilah mənasına gəldiyini deyib. Qrupun logosu "Blood Moon Ausar" tərəfindən yaradılıb.

Diskoqrafiya

Albom Tip İl
Rehearsal '97 Demo 1997
Orosius / Xasthur Split 1999
A Darkened Winter Ep 2001
A Gate Through Bloodstained Mirrors Demo 2001
Xasthur / Acid Enema Split 2002
Rehearsal 2002 Demo 2002
Nocturnal Poisoning Bütöv albom 2002
Suicide in Dark Serenity Ep 2003
The Funeral of Being Bütöv albom 2003
A Sermon in the Name of Death Demo 2004
Xasthur / Angra Mainyu Split 2004
Nachtmystium / Xasthur Split 2004
Telepathic with the Deceased Bütöv albom 2004 ("Moribund Cult" qeyd şirkəti tərəfindən)
To Violate the Oblivious Bütöv albom 2004
Leviathan / Xasthur Split 2004
Nortt / Xasthur Split 2004
Subliminal Genocide Bütöv albom 2004
Xasthur Ep 2006
Striborg / Xasthur Ep 2007
Cryostasium / Xasthur Split 2007
Defective Epitaph Bütöv albom 2007
A Living Hell Split 2008
All Reflections Drained Bütöv albom 2009
2005 Demo Demo 2010
Portal of Sorrow Bütöv albom 2010
Nightmares at Dawn Compilation 2012

Xarici keçidlər

  • Rəsmi sayt(artıq fəaliyyət göstərmir)
  • blog
  • Encyclopaedia Metallum səhifəsi

Read next

In 20 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article