factograf
AZ

Xaçmaz rayonunda şəhər, rayon mərkəzi

Xaçmaz

Xaçmaz

Key facts

əhalisi39.900
yaranma tarixi1938
anlayışın sinfişəhər
ölkəAzərbaycan
dəniz səviyyəsindən yüksəkliyi42m
inzibati-ərazi vahidiXaçmaz rayonu
All data from the card 6
Ölkə
Azərbaycan
Başçı
Elnur Rzayev
Əsası qoyulub
1938
Mərkəzin hündürlüyü
42 ± 1 m
Əhalisi
39.900 nəf. (1926, 1939, 1959, 1970, 1979, 1989, 2012)
Poçt indeksi
AZ2700

Xaçmaz — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Xaçmaz şəhər inzibati ərazi dairəsində şəhər, Xaçmaz rayonunun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır.

Tarixi

Xaçmaz şəhərinin tarixi tam öyrənilməsə də məlumdur ki, artıq XVII əsr mənbələrdə Xaçmaz adı çəkilir. Şəhərin Qudyalçayın sahilində yerləşməsi də, yəqin ki, təsadüfi deyil, çünki bu çayın mənsəbində o zamanlar tanınmış liman olan Niyazabad yerləşirdi. Şəhərin karvan ticarət yolları üzərində yerləşməsi onun sürətli inkişafına səbəb olmuşdur. XX əsrin əvvəlində inşası başa çatan Bakı-Mahaçqala (Petrovsk) dəmir yolu üzərində Xaçmaz stansiyasının tikintisi şəhəri vacib nəqliyyat məntəqəsinə çevirdi. 1930-cu ildə şəhər rayon mərkəzinə çevrildi. 1945–1954-cü illərdə tikilən Xaçmaz konserv kombinatı isə uzun müddət Avropa qitəsində istehsalat gücünə görə ən iri müəssisələrdən biri olmuşdur. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "2010–2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına uyğun olaraq Xaçmaz 2013-cü ildə Azərbaycan Respublikasının əfsanələr paytaxtı elan olunub. 2014-cü ildə Xaçmaz şəhəri, Bakı prospektində Bayraq Meydanı yaradılmışdır. Orada 85 metr hündürlüyündə Bayraq dirəyi qaldırılmışdır. Bayrağın uzunluğu 30 metr, eni isə 15 metrdir. Həmin ərazidə Bayraq Muzeyi fəaliyyət göstərir.

Əhalisi

Xaçmaz şəhəri əhalisinin milli tərkibi
Etnik qrup Sayı, 1970 sa. Nisbəti, 1970 sa.
Cəmi 22.313 100 %
Azərbaycanlılar 13.170 59 %
Ruslar və Ukraynalılar 5.301 23,8 %
Ləzgilər 1.726 7,7 %
Yəhudilər 892 4 %
Ermənilər 507 2,3 %
Tatarlar 244 1,1 %
Gürcülər 21 0,1 %
Avarlar 5 0,1 %
Tatlar 3 0,1 %
Digərləri
Əhalinin sayıİl010.00020.00030.00040.000192019401960198020002020XaçmazƏhali statistikası
İl Sayı
1926 1.293
1939 7.508
İl Sayı
1959 17.123
1970 22.313
İl Sayı
1979 26.012
1989 28.990
İl Sayı
2012 39.900

Qardaş şəhərlər

Qalereya

4 images

Xarici keçidlər

  • azerbaijanphoto.com saytındakı şəkilləri Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine

Read next

In 39 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article