Vest-Hind, Vest-İndiya və ya Qərbi Hind (ing. West Indies, nid. West-Indië; hərf. "Qərbi Hindistan") — Karib dənizinin adaları, o cümlədən Karib adaları, Baham adaları və Meksika körfəzi ilə Atlantik okeanının bitişik sularında yerləşən adalar verilən tarixi adı. Bu, Cənubi və Cənub-Şərqi Asiya ölkələrinə verilən Ost-Hind ilə ziddiyyət təşkil edir.
Vest-Hind regionunun adını səhvən Avropadan qərbə doğru hərəkət edərək Hindistana getdiklərinə inanan ilk Avropa naviqatorları vermişdilər. Buradan Amerikanın yerli sakinlərinə hindi adı verilmişdi.
Əlavə ədəbiyyat
- Вест-Индия // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
- Пименов В. В., Стельмах В. Г. Этнические процессы в странах Карибского моря. М., 1982.
