factograf
AZ
Sign in

İsveçdə şəhər

Uppsala

Uppsala
All data from the card 6
Ölkə
İsveç
Sahəsi
4.579 ± 0,5 ha (2023)
Mərkəzin hündürlüyü
15 m
Əhalisi
174.982 nəf. (1960, 1965, 1970, 2010, 2015, 2016, 2017, 2018, 2018, 2019, 2020, 2020, 2023)
Telefon kodu
+46 18
Poçt indeksi
751 70–757 59


Uppsala şəhəri — Uppsala vilayətinin paytaxtı və Stokholm, Göteborq və Malmödən sonra İsveç Krallığının dördüncü böyük şəhəridir. 2010-cu ilin məlumatına əsasən 140,454 nəfər əhalisi var idi.

Tarixi

Qədim tarixə malik şəhər inkişafı boyu genişlənib, dəyişib və hazırda sakit idilliyalı orta əsrlər şəhərindən səsli-küylü müasir şəhərə çevrilib.

Coğrafiyası

Uppsala şəhəri Stokholm şəhərindən 70 km şimalda Uppsala bələdiyyə ərazisində yerləşir.

Təhsil

Bu şəhər Skandinaviyanın ən qədim ali təhsil mərkəzlərindən biridir. 1477-ci ildə əsası qoyulmuş Uppsala Universiteti Skandinaviyada ən qədim ali təhsil ocağıdır.

Din

1164-cü ildən İsveçin dini mərkəzi sayılır.

Nəqliyyat

Şəhər çox da böyük olmayan əraziyə malikdir və burada ən geniş istifadə olunan nəqliyyat növü velosipeddir.

Abidələri

Şəhərdə çoxlu sayda tarixi binalar, abidələr var. Qədim binaların əksəriyyəti Uppsala Universitetinin binalarıdır. Şəhərdə yerləşən qədim binalardan Uppsala kilsəsini, universitet kitabxanasını, kral Qustav Adolfun adını daşıyan Qustavianum, Stora Torget, Yohann Skittin adını daşıyan Skitteanum tikililərini qeyd etmək olar.

In 118 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article