factograf
AZ
Sign in

Ubisoft Reflections

Ubisoft Reflections

Key facts

yaranma tarixi1984
anlayışın sinfivideo oyun yaradıcısı
ölkəBirləşmiş Krallıq
All data from the card 5
Tipi
ictimai məhdud məsuliyyətli şirkət[d]
Sənaye
videooyun sənayesi[d]
Təsis tarixi
1984
Baş qərargahın yeri
Nyukasl-apon-Tayn
Ana şirkət
Ubisoft

"Ubisoft Reflections Limited" – videooyunların istehsalı üzrə ixtisaslaşmış şirkət. 1984-cü ildə Birləşmiş Krallığın Nyukasl-apon-Tayn şəhərində "Reflections" adı altında təsis edilmişdir. Studiya əsasən yarış oyunlarının hazırlanması üzrə fəaliyyət göstərir və şirkətin ən tanınmış layihəsi "Driver" oyun seriyası hesab olunur. "Reflections" şirkəti 1998-ci ildə "GT Interactive" tərəfindən satın alınmış, daha sonra isə 2006-cı ildə "Ubisoft"a satılmışdır. Şirkət oyunların istehsalı prosesində "Ubisoft Leamington" studiyası ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.

Tarixi

Martin Edmondson və Nikolas Çemberlen 1984-cü ildə "Reflections" qrupunun tərkibində "BBC Micro" platforması üçün oyunların istehsalına başlamışdılar. Onların ilk layihəsi "Paperboy" oyununun klonu olan və "Paper-Round" adlandırılan oyun olmuşdur. Bu layihənin istehsalı iki il vaxt aparsa da, oyun heç vaxt işıq üzü görməmişdir. Sözügedən oyun üzərində çalışdıqları müddətdə onlar 1986-cı ildə "Superior Software" nəşriyyatçısı tərəfindən buraxılan və onların nəşr olunmuş ilk oyunu hesab edilən "Ravenskull" layihəsinin istehsalına başlamışdılar. Bunun ardınca, 1987-ci ildə "Codename: Droid" oyunu nümayiş olunmuş və "Stryker's Run" oyununun "Acorn Electron" platforması üçün adaptasiyası həyata keçirilmişdir.

Read next

In 19 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article