factograf
AZ

Trayan sütunu

Trayan sütunu

Key facts

yaranma tarixi113
anlayışın sinfiarxeoloji ərazi
ölkəİtaliya
inzibati-ərazi vahidiRoma
təsvir edildiyi mənbəNuttoll ensiklopediyası
All data from the card 15
Ölkə
İtaliya
Şəhər
Roma
Yerləşir
Trayan forumu
Memar
Dəməşqli Apollodor
Sifarişçi
Trayan
Tikilmə tarixi
113
Üslubu
Qədim Roma memarlığı
Material
mərmər
Rəsmi sayt
stoa.org/trajan/
Tipi
Mədəni
Kriteriya
i,ii,iii,iv,vi
Təyin edilib
1980
İstinad nöm.
91
Dövlət
İtaliya
Region
Avropa

Trayan sütunu (lat. Colonna Traiana) — Romada Trayan meydanında sütun. 113-cü ildə Trayanın daklar üzərindəki qələbənin şərəfinə ucaldılıb. Memarı Dəməşqli Apollodordur. Sütun Ulpiya bazilikasının arxasında ucaldılıb. Mərmərdən olan Trayan sütunu həm də iki böyük kitabxana arasında yerləşir: yunan və latın kitabxanası

Tarixi

114-cü ilin pulunda Trayan və sütunun təsviri.
114-cü ilin pulunda Trayan və sütunun təsviri.

Mark Ulpi Trayan ispan mənşəli olmaqla, öz karyerasına adi legionerlikdən başlamış və iperatorluğa qədər yüksəlmişdir. Həyatı boyu davamsız olaraq müharibələrdə iştirak etmiş: Dakiyada (Müasir Rumıniya ərazisi), Şimali Ərəbistanda və Parfiyada Romaya əvəzolunmaz töhfələr vermişdir. Onun hakimiyyət dövründə Roma imperiyasının sərhədlərinin ən geniş olduğu dövrdür. Onun sələfləri bu sərhədləri genişləndirə bilmədilər, sadəcə qoruyub saxladılar. İlk vaxtlar sütunun zirvəsində qartal, imperatorun ölümundən sonra isə Trayanın heykəli qoyuldu. 1588-ci ildə isə V Sikst sütunda Müqəddəs Pyotrun heykəlini ucaltdı. Sütun 113-cü ildə inşa olunub.

Trayan öldükdən sonra onun və yoldaşının kül urnada sütunun içərisində yerləşdirildi. 1900 il orijinallığını qorumuş və heç bir rekanustruksiyaya məruz qalmayan Trayan sütunu Roma şəhərinin simvollarından biri hesab olunur.

Xarakteriskası

Sütunun postamenti.
Sütunun postamenti.
Sütunun aşağı hissəsinin en kəsiyi.
Sütunun aşağı hissəsinin en kəsiyi.
Piraneziyə görə postamentin girişinin dizaynı. 1774.
Piraneziyə görə postamentin girişinin dizaynı. 1774.
Postamentin yandan görünüşü.
Postamentin yandan görünüşü.
Girişdəki yazının daha aydın görünüşü.
Girişdəki yazının daha aydın görünüşü.
Girişdə roma kapital şirifti ilə yazılmış yazı.
Girişdə roma kapital şirifti ilə yazılmış yazı.
Şimaldan görünüş
Şimaldan görünüş
Şərqdən görünüş
Şərqdən görünüş
Cənubdan görünüş
Cənubdan görünüş
Trayan ordu generalı ilə birgə əsgərlər qarşısında.
Trayan ordu generalı ilə birgə əsgərlər qarşısında.
10 images

Postament

Postamentin hündürlüyü 5,27 metr, eni 5,5 metrdir. Postamentin fundamentini travertin təşkil edir. Postament üç tərəfədən trofey barelyefi ilə bəzədilib. Dört küncdə duran qartallar dəfinə əkilini saxlayır. Postament daxilinə iki bölmə var; pilləkənlərə gedən bölmə və Trayanın urnasının yerləşdiyi otaq.

Yazı

Maraqlıdır ki, Trayan sütununun özündə heç bir yazı yoxdur. Ancaq postamentdə, girişin üstündə yeganə yazı nümunəsi var. Şəkildəndə aydın görsənir ki, yazının sonuncu sətri zədələnib, ancaq bu mətnin bərpasında elə bir çətinlik yaratmayıb.

SENATVS•POPVLVSQVE•ROMANVS
IMP•CAESARI•DIVI•NERVAE•F•NERVAE
TRAIANO•AVG•GERM•DACICO•PONTIF
MAXIMO•TRIB•POT•XVII•IMP•VI•COS•VI•P•P•
AD•DECLARANDVM•QVANTAE•ALTITVDINIS
MONS•ET•LOCVS•TANT[IS•OPER]IBVS•SIT•EGESTVS

Sütun

Hündürlüyü 39,86 metr olan bu sütun əslində 100 — lük simvol hesab olunur. Romada 100 fut 29,78 metrdir (sütun üzərinə qoyulmuş postamenti nəzərə almasaq). Sütunun diametri 3,69 metrdir. O 18 blokdan ibarətdir. Blokların hər birinin çəkisi 29–33 tondur. Daxilində olan 185 pilləkən sonda sütunun kapitelisi ilə yekunlaşır. Sütuna 28 dəfə papirus örtüyü spiral formasında dolandırılıb. Ümumi uzunluğu 190 m, hündürlüyü 1 metrdir.

Sütunun görünüşü

Təsvirlər

Sütun frizində 155 səhnə, 2570 personaj göstərilib(634-dü dakiyalılar). Hər səhnə konkret bir hadisəni ifadə edir. Təsvirlərdə təkcə döyüş səhnələri deyil, həm də yerdəyişmə, tikinti, söhbət və s tipli səhnələrdə var. Təsvirlərdə arxa fonda qala, kənd, körpü, qayalıq, meşə və s.tipli rəsimlərdən istifadə olunub. Təsvirlərdə həm də zaman və məkan anlayışıda düzgün şeçilib. Aşağıdan yuxarıya doğru təsvirlər xronoloji ardıcillıqla düzüllüb. Gecə, hava şəraiti və illərdə təsvirlərdə diqqəti cəl edir. Təsvirlərdə həm də simvol və şərtilik gözə çarpır. Hər hansı əsgər fiquru bütün bir bölüyü və ya bir ağac bütöv bir meşəni simvolizə edir. Ehtimal olunur ki, təsvirləri heç də tək bir sənətkar işləməyib.

Daxili və spiral pilləkənlər

Daxili boş olan sütunun içində spiral şəkilli pilləkənlər var. Tam dövrə vurmaq üçün 14 pilləkəndən istifadə olunur. 43 düzbucaqlı pəncərələr içərini işıqlandırır.

Trayanın təsviri

Trayan sütün frizində 59 dəfə təsvir olunub. Hər səhnədə o tək yox, insanların əhatəsində görünür. Təsvirlərdə bir liderə məxsus bütün cəhətlərin Trayanın simasında müdriklik, hərbi bacarıq, natiqlik qabiliyyəti, yüksək insanı hislər və s. əks olunmağa çalışılıb. Tütün təsvirlərdə Trayan ətrafakılarla ünsüyyətdə və daha çox qolunun bükülmüş pozası diqqəti cəl edir.

Şəkillər

  • Yeni düşərgənin salınması
    Yeni düşərgənin salınması
  • Roma qoşunları irəlləyir
    Roma qoşunları irəlləyir
  • Aşağıda, solda Trayan. Tikintidə göstərişlər verir
    Aşağıda, solda Trayan. Tikintidə göstərişlər verir
  • Daklarla döyüş
    Daklarla döyüş

Xarici keçidlər

  • Колонна Траяна в Риме: история и описание
  • Column of Trajan

Read next

In 54 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article