factograf
AZ
Sign in

Üçüncü nəsil Sovet tankı

T-80

T-80

Key facts

hündürlüyü/boyu2,2m
anlayışın sinfiDöyuş maşını ailəsi
kütlə46 t
All data from the card 16
Tipi
Əsas döyüş tankı
Ölkə
SSRİ
İstismar illəri
1976 – davam edir
İstismara başlanması
1976
İstismar edənlər
İstifadəçilər bölməsinə bax
İstifadə edilən döyüşlər
Birinci çeçen müharibəsiİkinci çeçen müharibəsiDonbass müharibəsi
Konstruktor
Nikolay Popov, Kirov zavodu (T-80)KMDB (T-80UD)
Yaranma tarixi
1967–1975
İstehsalçı
Kirov zavodu və Omsktransmaş (Rusiya)Malışev zavodu (Ukrayna)
İstehsal illəri
1976–1992
İstehsal sayı
5404
Ağırlığı
42.5 ton (T-80B)46 ton (T-80U)
Uzunluğu
9.9 metr (T-80B)9.6 metr (T-80U)
Eni
3.4 m (T-80B)3.6 metr (T-80U)
Hündürlüyü
2.2 metr
Ekipaj
3

T-80 Sovet istehsalı, üçüncü nəsil əsas döyüş tankıdır. Bu tankın daha da inkişaf etdirilmiş variantı sayılan T-84 hazırda Ukraynada istehsal olunur. T-80 və onun müxtəlif variantları hazırda Belarus, Kipr, Misir, Qazaxıstan, Pakistan, Rusiya, Cənubi Koreya və Ukrayna silahlı qüvvələrinin silahlanmasına daxildir. T-80-nin baş konstruktoru rusiyalı mühəndis Nikolay Popovdur.

İstehsal tarixçəsi

T-80 tankı Böyük Vətən müharibəsində Faşist Almaniyası üzərində qazanılmış qələbənin 60 illiyi münasibətilə Moskvada 2005-ci ildə təşkil edilmiş olan hərbi parad zaman
T-80 tankı Böyük Vətən müharibəsində Faşist Almaniyası üzərində qazanılmış qələbənin 60 illiyi münasibətilə Moskvada 2005-ci ildə təşkil edilmiş olan hərbi parad zaman

Əvvəllər bir çox Qərb analitikləri T-80 və T-72 tanklarını bir-birindən fərqləndirə bilmirdi. Lakin, həmin tanklar müxtəlif dizayn büroları tərəfindən istehsal olunurdu. T-80 tankı Leninqradda yerləşən Kirov zavodunun SKB-2 dizayn bürosu tərəfindən istehsal olunduğu halda, T-72 tankları Nijni Tagil şəhərində yerləşən Uralvaqonzavod tərəfindən istehsal olunurdu. Xarici görünüşləri oxşar olan bu tanklardan T-80 tankı T-64 tankının əsasında dizayn olunmuşdu. Onu da qeyd etmək lazımdır ki, T-64 tankları öz dövrünün yüksək texnologiyaları ilə təchiz olunmuşdu və daha köhnə T-54, T-55, həmçinin T-62-ləri əvəz etmək məqsədilə silahlanmaya qəbul olunurdu.

Bir sıra oxşarlıqlara baxmayaraq, T-80 və T-72 mexaniki cəhətdən bir-birindən fərqlənir. T-72 mexaniki cəhətdən sadə, asan istehsal olunan və rahatlıqla texniki qulluq göstərilən tank hesab olunur. Məhz bu cür xüsusiyyətlərinə görə də T-72 tankları hələ Sovet İttifaqı zamanında ordunun motoatıcı hərbi hissələrini təmin etmək və xarici ölkələrə ixrac edilməsi məqsədilə genişmiqyaslı istehsala cəlb olunmuşdur.

T-80 isə T-64-ün ilkin istehsal olunmuş variantlarından fərqli olaraq qaz turbin mühərriki (bəzi Qərb analitikləri uzun illər boyunca bunu təkzib edirdi) və T-72-nin əyləc komponentləri ilə təchiz olunmuşdu. Nəticədə, tankın güc-çəki nisbəti yüksəlmiş və T-80-ni silahlanmada olan ən mobil tank halına gətirmişdi. Buna baxmayaraq, tankın kəskin məsafə problemləri mövcud idi. T-80 tankları 9K112 "Kobra" tank əleyhinə idarəolunan mərmilərindən də atəş açmaq imkanına sahibdir.

İstifadəçilər

Sovet İttifaqının mövcud olduğu dövrdə T-80 heç bir xarici ölkəyə ixrac olunmamışdır. Sovet İttifaqının dağılmasından sonra bu tanklar Rusiya tərəfindən bir neçə xarici dövlətə ixrac olunmuşdur.

Cari istifadəçilər

  • Anqola
  • Kipr: 1996-cı ildə Rusiyadan 27 ədəd T80U və 14 ədəd T-80UK satın alınıb. 2010-cu ildə əlavə olaraq 27 ədəd T-80U və 14 ədəd T-80UK idxal olunub.
  • Misir: 1997-ci ildə 14 ədəd T-80UK və 20 ədəd T-80U satın alınıb.
  • Qazaxıstan: Karaqanda şəhərində yerləşən hərbi məktəbdə təlim məqsədilə istifadə etmək üçün satın alınıb.
  • Pakistan: 320 ədəd T-80UD tankı Ukraynadan idxal olunub.
  • ÇXR: 50 ədəd T80U idxal edilib. Döyüş birliklərində istifadə olunmur. Type-96 tankının istehsalı zamanı tədqiqat məqsədilə istifadə edilib.
  • Rusiya: 450 ədəd T-80BV və T-80U aktiv xidmətdədir. 3000 ədəd T-80B, T-80BV, T-80U ehtiyatda saxlanılır.
  • Cənubi Koreya: 1990-cı illərdə Rusiyadan T-80U tankları satın alınsa da, hazırda tankların texniki xidmətinin olduqca baha olması səbəbilə T-80-lər ehtiyatda saxlanılır.
  • Ukrayna: 22 ədəd T-80BV aktiv xidmətdədir. 143 ədəd T-80B, T-80BV və T-80UD ehtiyatda saxlanılır.
  • Yəmən: Belarusdan 66 ədəd T-80 idxal edilib.

T-80 tankı. 1976-cı ildə Omsk Tranmash firması tərəfindən istehsal olunan tank. Bu tanklar T-72-lərin əvəzinə istehsal olunmuşdur. Ancaq T-80-ların sınaqları uğurlu keçmədiyindən 1994-cü ildə istehsalı dayanmışıdır. Buna baxmayaraq T-80 tankları dağlıq ərazilərdə çox effektiv tankdır. Dünyadakı istifadəçiləri:

Azərbaycan x 44 (1994-cü ildə Ukraynadan 20 ədəd T-80B, 2008-ci ildə isə Belarusdan 22 ədəd T-80BV tankı alınmışdır)

Ermənistan x 15 (Rusiya tərəfindən verilib)

Belarusiya x 125

Kipr x 27

Misir x 37

İraq x 67 (2012-ci ildə Rusiyadan alınıb)

Qazaxıstan x 40

Cənubi Koreya x 35

Pakistan x 460

Çin x 321

Rusiya x 3.500

Ukrayna x 456

Yəmən x 32

Read next

In 53 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article