Rob Yanof (ing. Rob Janoff; XX əsr, Kalver-Siti, Kaliforniya) — Amerikalı qrafik dizayneri. O, Apple loqosunun yaradıcısı kimi məhşurdur. Onun 1977-ci ildə yaratdığı Apple loqosu müasir dövrün ən tanınan loqolarından biridir. Rob Yanof IBM və Intel şirkətləri üçün dizayn layihələrində də çalışıbş.
Həyatı
Rob Yanof Kalver-Sitidə anadan olub. O, İllinoys Universitetidə dizayn təhsili almış və təhsil illərində vizual ünsiyyət və brendinq sahələrinə xüsusi maraq göstərmişdir. Təhsilini tamamladıqdan sonra "Chiat/Day" reklam agentliyində işləməyə başlamışdır.
1977-ci ildə Stiv Cobs və Stiv Voznyak yeni texnologiya şirkəti olan Apple Computer Inc. üçün yeni bir loqo axtarırdılar. O zaman Rob Yanof Stiv Cobsun təklifi ilə loqo dizayn etmə tapşırığını aldı. İlk təqdim olunan loqo göy qurşağı rənglərinə malik alma idi. Bu rənglər "Apple"ın rəngli ekran texnologiyasına sahib ilk şəxsi kompüterlərindən biri olan Apple II-ni təmsil edirdi.
Bir çox insan loqonun dişlənmiş alma (bitten) olması ilə bağlı fərqli nəzəriyyələr irəli sürsə də, Rob Yanof bunu sadəcə olaraq loqonun alça və ya başqa meyvə kimi görünməməsi üçün etdiyini bildirmişdir. Eyni zamanda, “byte” (kompüter terminologiyasında istifadə olunan vahid) və “bite” (ingiliscə dişləmək) sözlərinin oxşarlığı da maraqlı bir təsadüf olmuşdur.
1998-ci ildə Stiv Cobs "Apple"a qayıtdıqdan sonra minimalist dizayn fəlsəfəsinə keçid etdi və Rob Yanofun dizayn etdiyi rəngli alma loqosu tək rəngli versiyalara çevrildi. Hazırda "Apple" loqosu sadə və monoxrom üslubda istifadə olunur, lakin Rob Yanofun ilkin konsepti brendin əsas kimliyini formalaşdırmaqda mühüm rol oynamışdır.