RPG Maker (yap. RPGツクール, romaci RPG Tsukūru, həmçinin RPG Tkool) — yapon tərtibatçılar tərəfindən yaradılmış, RPG videooyunlar üçün nəzərdə tutulmuş oyun mühərrikidir.
İlk versiyası ASCII tərəfindən 1992-ci ildə hazırlanmışdır. Bu mühərrik xüsusilə az və ya heç proqramlaşdırma biliyi olmayan oyunçulara öz oyun ideyalarını rahatlıqla yaratmağa şərait yaradır.
RPG Maker ilk qurulduğunda sadəcə Yaponiya üçün nəzərdə tutulmuşdur, lakin fanatlar RPG Maker 2000, RPG Maker 2003 versiyalarını qeyri-qanuni tərcümə etdiyinə görə bundan sonra yaradılan mühərriklər rəsmi şəkildə ingilis dilində də satışa sunulmuşdur.
Xarici keçidlər
- History of Tkool (Tkool-un tarixi)
- Gotcha Gotcha Games-in rəsmi saytı
- RPG Maker-də rolu olan şirkətlər