factograf
AZ
Sign in

molekulyar bioloq, Birləşmiş Krallıq

Qreq Uinter

Qreq Uinter

Key facts

doğum tarixi14 aprel 1951
təhsiliTriniti Kolleci
fəaliyyətimolekulyar bioloq, mühəndis, biokimyaçı
doğum yeriLester
iş yeriKembric Universiteti
aldığı mükafatlar"Britaniya imperiyası" ordeninin komandor dərəcəsi
All data from the card 7
Doğum tarixi
14 aprel 1951 (75 yaş)
Doğum yeri
Lester, Lesterşir[d], İngiltərə, Birləşmiş Krallıq
Elm sahəsi
biokimya
Elmi dərəcəsi
fəlsəfə doktoru
İş yeri
Kembric Universiteti
Təhsili
Triniti Kolleci
Üzvlüyü
London Kral Cəmiyyəti (1990)

Qreq Uinter (14 aprel 1951, Lester) — Britaniyalı biokimyaçı və biotexnoloq, zülal mühəndisliyi üzrə mütəxəssisdir. 2018-ci il üçün kimya üzrə Nobel mükafatı laureatı. Kembric Universitetinin professoru, London Kral Cəmiyyətinin (1990il) və Britaniya Tibb  Elmləri Akademiyasının (2006il) üzvü. 2004-cü ildən Knight Bakalavr. 2012–2019-cu illərdə Kembric Triniti Kollecinin rəhbəri olub.

Bioqrafiyası

Q. Uinter Qərbi Afrikada böyüyüb. 1973-cü ildə Kembricdəki Trinity Kollecini bitirib. 1976-cı ildə Kembricdə fəlsəfə doktoru dərəcəsi almışdır. London İmperial Kollecində və Kembric Genetika İnstitutunda postdoktur (gənc mütəxəssis) idi.

Onun tədqiqat karyerası əsasən 1981-ci ildə qoşulduğu, şöbə müdiri (1994–2006 illərdə), direktor müavini (2006–2011) və Zülal Mühəndisliyi Mərkəzində işlədiyi Molekulyar Biologiya Laboratoriyasında keçib. 1990–2010-cu illərdə  direktor müavini olub. Q. Uinter Kembricdə  üç biotexnologiya şirkəti qurdu: Cambridge Antibody Technology (1989il, 2006-cı ildə AstraZeneca tərəfindən alınıb), Domantis (2000il, GlaxoSmithKline tərəfindən alınıb), Bicycle Therapeutics (2009il). Sonuncuda o, hazırda qeyri-icraçı direktordur. Newton Trust, Cambridge Commonwealth Trust, Cambridge Overseas Trust, Kennedy Trust for Revmatology Research-in qəyyumu. Cambridge Innovation Capital məsləhət qrupunun isə  üzvüdür.

Protein Engineering (Zülal Mühəndisliyi), Design and Selection (Dizayn və Seçim) jurnalının baş redaktoru, European Journal of Immunology (Avropa İmmunologiya Jurnalı)nın redaksiya heyətinin üzvüdür.

EMBO (1987il) və Avstraliya Texnoloji Elmlər və Mühəndislik Akademiyasının (2002il) üzvü, Kral Həkimlər Kollecinin fəxri üzvüdür.

Mükafatları

  • 1986-cı ildə-Biokimya Cəmiyyətinin Kolvort medalı
  • 1989-cu ildə-Eyni adlı fondun Tibb üzrə Louis-Jeantet Mükafatı
  • 1990-cı ildə-Emil-von-Behring-Preis mükafatı, Marburq Universiteti
  • 1994-cü ildə-İsveç Əczaçılıq Elmləri Akademiyasının Scheele Mükafatı
  • 1995-ci ildə-Kral Faysal Beynəlxalq Mükafatı
  • 1997-ci ildə-Britaniya İmperiyası ordeninin komandiri
  • 1999-cu ildə-Xərçəng Araşdırmaları İnstitutundan Villiam Koley Mükafatı
  • 2002-ci ildə-Gabbay Mükafatı eyniadlı təsisatdan
  • 2011-ci ildə-London Kral Cəmiyyətinin Kral Medalı
  • 2012-ci ildə-Asturiya Şahzadəsi Mükafatı
  • 2013-cü ildə- Tibbi Tədqiqatlar Şurasının (MRC) ən nüfuzlu Minilliyin Medalı mükafatı
  • 2013-cü ildə-Beynəlxalq Gairdner Mükafatı
  • 2015-ci ildə-Eyniadlı fonddan Vilhelm Exner medalı
  • 2016-cı ildə-Prince Mahidol Mükafatı
  • 2018-ci ildə-Kimya üzrə Nobel Mükafatı (1/4 mükafat)
  • 2024-cü ildə-Kopli medalı

Read next

In 51 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article