factograf
AZ

Pirrotin

Pirrotin
All data from the card 6
Kateqoriya
Mineral
Formul(təkrarlanan vahid)
Fe7S8
Strunz təsnifatı
II/B.09a
Kristalloqrafik sinqoniya
heksaqonal sinqoniya[d], monoklinik sinqoniya[d]
Bərklik
4
Zolaq rəngi
qara

Pirrotin (maqnitli kolçedan) — heksaqonal sinqoniya; monoklinik sinqoniya (klinopirrotin – Fe7S8). Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.

Xassələri

Rəng – qırmızımtıl və ya şabalıdı çalarlı bürüncü-sarı, bəzən oksidləşmə rəngləri müşahidə olunur; Mineralın cizgisinin rəngi – bozumtul-qara; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,6–4,7; S – 3,5–4,5; Kövrəkdir; Ayrılma – {1010} üzrə qeyri-mükəmməl; Bölünmə – {0001} üzrə mükəmməl; Başqa xassələr – klinopirrotin güclü, heksapirrotin isə zəif maqnitlik xassəsinə malikdir; elektriki yaxşı keçirir; Morfologiya – kristallar: nadir hallarda rast gələn heksaqonal kəsilişli lövhəvari və bipiramidal kristallar; İkiləşmə: {1011} üzrə ikiləşmələr, hərdənbir – üçləşmələr; Mineral aqreqatları: bütöv kütlələr püruzlar.

Mənşəyi və yayılması

Maqmatik mənşəli mis-nikel sulfid filizlərinin əsas mineralı olan pirrotinin ən iri yataqları ultraəsasi və əsasi maqmatik süxurlar içərisində yerləşir. Kolçedan filizlərində, skarn tipli və hidrotermal yataqlarda, bəzən qranit peqmatitlərində, çökmə və metamorfik süxurlarda rast gəlir. Birlikdə rast gəldiyi minerallar: xalkopirit, pentlandit, pirit, maqnetit, sfalerit, qalenit, arsenopirit, kalsit, kvars. Mineralın tapıldığı yerlər: Sedberi (Kanada); Buşveld kompleksi (CAR); Maunt-Ayza (Avstraliya); Outokumpu (Finlandiya); Qreya (Rumıniya); Qızıl-Dərə, Norilski, Talnax, Xolodninski, Dalneqorski (Rusiya); Adanqe (Gürcüstan). Azərbaycanda Filizçay, Katsdağ, Cixix-Saqator, Mazımçay, Gədəbəy, Çıraqdərə, Toğanalı yataqlarında, Böyük Qafqazın cənub (Çuqak, Tenros, Qudurdağ) və Kiçik Qafqazın şimal-şərq yamaclarında yerləşən bir sıra filiz təzahürlərində (Əsrikçay, İtqırılan, İsakənd) və bəzi başqa məntəqələrdə qeyd edilir.

Tətbiqi

Bəzən sulfat turşusu almaq üçün xammal kimi istifadə edilir.

Mənbə

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Read next

In 37 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article