factograf
AZ

Petrovaradin

Petrovaradin

Key facts

sahəsi27,2km²
dəniz səviyyəsindən yüksəkliyi85m
anlayışın sinfiqəsəbə
ölkəSerbiya
inzibati-ərazi vahidiNovi Sad
təsvir edildiyi mənbəOttův slovník naučný
All data from the card 6
Ölkə
Serbiya
Region
Voyevodina
Sahəsi
27,2 km²
Mərkəzin hündürlüyü
85 m
Poçt indeksi
21131
Nəqliyyat kodu
NS

Petrovaradin (serb. Петроварадин, mac. Petervarad), Serbiyada Dunay çayı sahilində Novi Sad şəhərinin qarşısında yer alan qəsəbədir. Tarixi bir yer olaraq eyni adda bir də qalası vardır. Novi Sad ilə birgə genişləndirilmiş Novi Sad şəhəri bələdiyyə quruluşunu yaradır.

Tarixi

Bölgədəki məskunlaşma tarixi Mis dövrünə (e.ə. 4500-cü illər) qədər davam edir. Keltlərin eramızdan əvvəl 4-cü əsrdə məskunlaşdığı bölgə eramızdan əvvəl I əsrdə Roma hakimiyyəti altına girdi. İlk qala burada Keltlər tərəfindən inşa edilmişdir. Roma dövründə qala daha da böyütüldü və "Cusum" adı ilə Pannoniya əyalətinə bağlandı. Qala eramızın V əsrində Hun hücumları ilə dağıdıldı. Hücumlar nəticəsində şəhər sıra ilə Ostroqotlar, Gepidlər və Lanqobardların hakimiyyəti altına keçdi. V əsrin sonlarında Bizanslılar tərəfindən bərpa edilən Cusum Petrikon və ya Petrikov adlandı. Daha sonra avarlar, franklar, xorvatlar, slavyanlar, bolqarlar və sonra yenidən Bizans hakimiyyətinə keçdi. Bolqarlar dövründə voyevoda sermon idarəsi altında Petrik adlandırıldı. Şəhər XII əsrdə Macarıstan krallığı tərəfindən fəth edildi.

1526-cı il 27 iyul tarixində Parqalı İbrahim Paşa tərəfindən Petrovaradinin mühasirəsi nəticəsində Osmanlı İmperiyasına qatıldı. Osmanlı hakimiyyəti dövründə "Varadin" olaraq bilinən ərazi, ekspedisiyalar üçün əhəmiyyətli bir gediş nöqtəsi olaraq xidmət etdi. 1687-ci ildə Osmanlıların məğlubiyyəti ilə Habsburqların rəhbərliyinə keçdi. Qala 19 sentyabr 1694-cü ildə Sürməli Əli Paşanın komandanlığı altında Osmanlı ordusu tərəfindən mühasirəyə alındı. Lakin Osmanlı ordusunun 23 günlük mühasirəsi nəticəsiz qaldıqda Osmanlı ordusu Belqrada geri çəkildi.

1716-cı ildə sədrəzəm silahdar Əli Paşanın vəfat etdiyi Petrovaradin müharibəsi burada baş vermişdi. Petrovaradin, Habsburq tabeliyində sərhəddəki hərbi müdafiə sisteminin bir hissəsi oldu. 1881-ci ildə Avstriya-Macarıstan İmperiyasında muxtar Xorvat-Slavyan krallığı idarəsinə keçdi. Daha sonra 1918-ci ildə Yuqoslaviya Krallığının nəzarətinə keçdi. İkinci Dünya müharibəsi sırasında isə qurulan Xorvatiya Müstəqil Dövlətinin nəzarəti altına keçdi. Müharibədən sonra Voyevodina muxtar bir vilayət oldu və daha sonra Yuqoslaviya ərazisinin bir hissəsi oldu.

Nüfuzu

2011-ci ildə aparılmış ümumi siyahıyaalmaya görə, bələdiyyədə 33,865 nəfər, qəsəbə mərkəzində isə 14.298 nəfər yaşayır.

Qalereya

Mərkəz
Mərkəz
Petrovaradində bir küçə
Petrovaradində bir küçə
Çimərlik
Çimərlik
Petrovaradin müharibəsindən bir abidə
Petrovaradin müharibəsindən bir abidə
4 images

Read next

In 37 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article