factograf
AZ
Sign in

Pahanq

Pahanq

Key facts

əhalisi1.443.365
sahəsi35.964km²
ölkəMalayziya
inzibati-ərazi vahidiMalayziya
saat qurşağıUTC+08:00
rəsmi dilMalay dili
All data from the card 9
Ölkə
Malayziya
İnzibati mərkəz
Kuantan
Sahəsi
36.137 km²
Saat qurşağı
UTC+08:00
Əhalisi
1,443,365 nəfər (2010)
ISO kodu
MY-06
Telefon kodu
03, 05, 09
Poçt indeksi
25000–28999, 39000–39999, 49000, 69000
Avtomobil nömrəsi
C

Pahang Qərb Malayziyanın şərqində əyalət. Qərbdə Malay sıra dağları, şimalda isə şərq yaylaları ilə əhatələnən geniş Pahang çayı (sungai) hövzəsini əhatə edir. Şərq sahil Cənubi Çin dənizi boyunca uzanır.

Tarix

xııı əsrə aid bir Çin salnaməsində Pahangın Şrivicaya adlı bir Sumatra krallığına asılı olduğu deyilir. xv əsrdən sonra Malaka Darussalamnın əlinə keçən Pahang daha sonra Johorun suverenliyi altına keçdi. Johorun bölgədəki nümayəndələri zamanla müstəqil bir sultanlıq qurdular. Bu sultanlıq 1887-ci ildə Britaniyanın protektorası olmağı qəbul etdi. Pahang 1895-ci ildə Federal Malaya Əyalətlərindən biri oldu və İkinci Dünya müharibəsindən sonra Malaya Federasiyasına qatıldı.

Demoqrafiya

Məskunlaşmanın seyrək olduğu bölgədə Malaylar,Çinlilər və yarı köçəri yerlilər yaşar. Qərbdəki böyük qəsəbələrdə əhalinin böyük hissəsini çinlilər təşkil edir. Bölgədəki ən böyük məskunlaşma yeri Kuanta və Pekandır. Əhalinin böyük qisimini Müsəlmanlar təşkil edir.

İqtisadiyyat

Pahang çayı boyunca dəmir və avtomabil yolları ilə rezin plantasiyaları uzanır. Sahildəki delta bölgələrində düyü yetişdirilir. Başqa bitki mənşəli məhsullardan kokos, tütün və kenevir becərilir. Böyük miqyaslı inkişaf layihələri sonunda yağ palmasi və rezin plantasiyaları qurmaq üçün yüz minlərlə km²-lik bir meşə bölgəsi təmizlənərək əkinçiliyə verilmiş və qurulan yeni kəndlərə yüz minlərlə adam yerləşdirilmişdir. Rompində geniş dəmir filizi yataqları vardır (1970-ci ildə mədən sənayesinə son qoyulmişdur); Raubda qızıl çıxarılır. Sungai Lembingdəki qalay yataqları 1888-ci ildən bu yana fəaliyyət göstərir. Sahil zonasındə Malayziyanın əhəmiyyətli neft və təbii qaz yataqları vardır.

Pahangın şimal-qərb ucundakı Taman Negara Milli Parkında (4.344 km²) Malakka Yarımadasının ən yüksək nöqtəsi olan Tahan Dağı (2.187 m) yerləşir. Bölgənin orta hissəsində isə Kerau Təbii Həyatı Qoruma Sahəsi yerləşir.

Read next

In 68 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article