factograf
AZ

Ox

Ox

Ox — Yay vasitəsilə atılan ucu sivri və ya ucuna dəmir metal bərkidilmiş silah növü. Ox qədim zamanlardan bəri heyvanların ovlanmasında istifadə edilmişdir. İbtidai-icma quruluşunun Mezolit dövründə ixtira edilən ox və kaman insanların heyvanları ovlamaq üsullarını xeyli sadələşdirmişdir. Orta əsrlərdə oxdan daha çox müharibələrdə istifadə olunurdu. Döyüşdən əvvəl oxçu dəstələrin hər biri qarşı tərəfə 2 və ya 3 ox atırdılar.

Read next

In 110 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article