factograf
AZ
Sign in

Nimrud

Nimrud

Key facts

yaranma tarixi1300 BC
anlayışın sinfiarxeoloji ərazi
ölkəİraq
inzibati-ərazi vahidiNeynəvə mühafəzəsi
təsvir edildiyi mənbəYeni ensiklopediya lüğəti

Nimrud (və ya Nəmrud) — Qədim Assuriyanın Kalhu adlanan şəhərinin vaxtı ilə yerləşdiyi təpəliyin adıdır. İraqın Mosul şəhərinin yaxınlığında yerləşir. Burada e.ə. XIII əsrdə I Salmanassar tərəfindən paytaxt Nineviyadan 4 mil aralıqda şəhər salınmışdı. E.ə. 885-ci ildə Aşşurnasirpal paytaxtı buraya köçürür və şəhəri bərpa edir. Kalax şəhəri Nineviyadan daha çox mövcud olur və eyniadlı əyalətin mərkəzinə çevrilir.

Şəhər vaxtı ilə hündür dördbucaq formasında olub və Dəclə çayı ilə yuyulub. Hal hazırda burada 4 qrup qalıqlar var. Nimrudda yerləşən şəhər qalıqları 1845-1847-ci illərdə Leyard tərəfindən araşdırılıb. Şimalda yerləşən qalıqlar ən qədimdir və Aşşurnasirpalın sarayının qalıqlarıdır. Mərkəzdə yerləşən qalıqlar onun sələfi II Salmanasara aiddir. Cənub-qərbdə yerləşən qalıqlar Assarqoduonun bitirilməmiş sarayının qalıqlarıdır. Nimrudda həmçinin kiçik məbədin qalıqları yerləşir. Sarayların divarlarında yerləşən barelyeflər Assuriya mədəniyyətinin öyrənilməsində mühüm mənbələrdir.

2015-ci ilin mart ayında İŞİD terror qruplaşmasının silahlıları Nimrudun qalıqlarını ağır texnika vasitəsilə məhv ediblər.

Mənbələr

  • Brokhauz və Efronun ensiklopedik lüğəti
  • Arxeoloji lüğət

Read next

In 61 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article