factograf
AZ
Sign in

Neodim

Neodim

Key facts

anlayışın sinfiKimyəvi element
kütlə144 dalton
təsvir edildiyi mənbəKiçik Brokhauz və Efron ensiklopedik lüğəti
60 prazeodim ← neodim → prometium
-
↑
Nd
↓
U

Ümumi Ad, İşarə, Nömrə neodim, Nd, 60 Qrup, Dövr, Blok, 6, f Xarici görünüşü
Atom kütləsi 144.242 q/mol Elektron formulu [Xe] 4f4 6s2 Fiziki xassələr Halı Sıxlığı
(0 °C, 101,325 kPa) q/L Ərimə temperaturu 1024 °C
(1297 K, 1875 °F) Qaynama temperaturu 3074 °C
(3347 K, 5565 °F) Elektromənfiliyi 1,14 Oksidləşmə dərəcəsi Spektr = İonlaşma enerjisi kCmol-1

Neodim (Nd) – nadir metallardandır, lantanoidlərə aid edilir. D.İ. Mendeleyevin elementlərin dövri sistemində 60-cı element. Neodim - elementlərin dövri sisteminin III qrupundadır. Təbiətdə 5 stabil (kütlə ədədləri 142,143,145,146,148) və 2 radioaktiv (kütlə ədədləri 144,150 olan) izotopu tapılmışdır. Yer qabığında neodimin miqdarı 2,5.10-3 %, dəniz suyunda – 9,2.10-6 mq/l təşkil edir. Monosit və loparit minerallarının kristal qəfəsinə izomorf qarışıq kimi daxildir.

Tarixi

Avstriya kimyaçısı Karl Auer fon Velsbax tərəfindən 1885-ci ildə oksid neodim şəklində kəşf edilmişdir.

Alınması

Başqa lantanoidlər kimi neodimdə əridilmiş xloridin NdCl3 elektrolizindən alınır.Saf neodim almaq üçün metalotermik üsuldan istifadə edilir.

Fiziki xassələri

Neodim gümüşü-sarımtıl rəngli metaldır, paramaqnit xassəlidir. Oksidləşmə dərəcələri +3, +4, nadir hallarda +2 olur.

Neodium

Kimyəvi xassələri

Neodim birləşmələrdə üçvalentlidir. Qızdırıldıqda hidrogen, karbon, azot, fosforla və halogenlərlə reaksiyaya girir:

  • 2 Nd + N2 → 2 NdN
  • 2Nd + 3 Y2 → 2 NdY3

Adi temperaturda xlorid, nitrat, sulfat turşuları ilə reaksiyaya daxil olur. Alınan duzlar suda həll olur. 180-2000C-dən yuxarı temperaturda havada dərhal oksidləşir. Qaynar su ilə reaksiyaya daxil olur. Hidroksidi Nd(OH)3 əsası xassəlidir, qələvilərdə həll olmur. Nd 3+ kationu qırmızı bənövşəyi rənqdədir.

Tətbiqi

Neodim, maqnezium və alüminium ərintiləri texnikanın müxtəlif sahələrində işlədilir. Rəngli şüşələrin hazırlanmasında (bənövşəyi neodim şüşəsi), maqnit oyuncağlarının alınmasında istifadə olunur.

Mənbə

  1. Химический энциклопедически словарь. М., « Советская энциклопедия», 1983 год, с. 372.
  2. Волков А.И, Жарский И.М. Большой химический справочник.М., 2005 год, с.184

İstinadlar

  • Неодим на Webelements
  • Неодим в Популярной библиотеке химических элементов
  • Неодим — статья из химической энциклопедии

Read next

In 133 languages

azAfrikaansአማርኛअंगिकाالعربيةالدارجةمصرىasturianuбашҡортсаBasa Baliбеларуская (тарашкевіца)беларускаябългарскиभोजपुरीbrezhonegbosanskicatalà閩東語 / Mìng-dĕ̤ng-ngṳ̄CebuanoکوردیcorsučeštinaчӑвашлаCymraegdanskDeutschΕλληνικάEnglishEsperantoespañoleestieuskaraفارسیsuomifrançaisNordfriiskfurlanGaeilgeGàidhliggalegoગુજરાતીGaelg客家語 / Hak-kâ-ngîעבריתहिन्दीFiji HindihrvatskiKreyòl ayisyenmagyarհայերենinterlinguaBahasa IndonesiaIgboIdoíslenskaitaliano日本語la .lojban.JawaქართულიKabɩyɛқазақшаಕನ್ನಡ한국어комиkernowekкыргызчаLatinaLëtzebuergeschLimburgsLigurelombardlietuviųlatviešuMalagasyмакедонскиമലയാളംмонголमराठीкырык марыBahasa Melayuမြန်မာဘာသာэрзяньNederlandsnorsk nynorsknorskNovialoccitanlivvinkarjalapolskiPiemontèisپنجابیپښتوportuguêsRuna Simiromânăarmãneashtiрусскийसंस्कृतम्саха тылаsardusicilianusrpskohrvatski / српскохрватскиSimple Englishslovenčinaslovenščinashqipсрпски / srpskiSeeltersksvenskaKiswahiliதமிழ்తెలుగుтоҷикӣไทยTagalogTürkçeтатарча / tatarçaئۇيغۇرچە / Uyghurcheукраїнськаاردوoʻzbekcha / ўзбекчаvepsän kel’Tiếng ViệtWinaray吴语хальмгYorùbá文言閩南語 / Bân-lâm-gí粵語中文isiZulu

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article