factograf
AZ

Çad dövlətinin paytaxtı və ən böyük şəhəri

Ncamena

Ncamena

Key facts

əhalisi1.092.066
sahəsi100km²
anlayışın sinfişəhər
ölkəÇad
yaranma tarixi29 may 1900
dəniz səviyyəsindən yüksəkliyi298m
All data from the card 5
Ölkə
Çad
Əsası qoyulub
29 may 1900
Sahəsi
100 km²
Mərkəzin hündürlüyü
298 m
Əhalisi
1.092.066 nəf. (1937, 1947, 1960, 1970, 1993, 2009, 2012)

Ncamena (fr. Ndjamena, ərəb. نجامين‎ Nijāmīnā "istirahət yeri"), 1973-cü ilə qədər Fort-Lami (fr. Fort-Lamy)) — Çadın paytaxtı, Şari-Bağirmi nahiyəsinin inzibati mərkəzi. Şari çayının sağ sahilində, Loqon çayı tökülən yerdə yerləşir. Qonşu ölkə Kamerunun Kousseri şəhəri ilə körpüylə birləşir. Ncamena Çadın 22 regionundan biridir və "arrondisment" adı verilən şəhərdən daha kiçik 10 inzibati vahidə bölünür. Ncamenanın xüsusi idarə statusu var.

Görməli-gəzməli yerləri

Ncamenanın əsas prospektləri Şarl de Qol və Feliks Eboue prospektləridir. Həmin prospektlərdə "Ncamena Milli Katedralı" (kilsəsi) və "Milli Muzeyi" yerləşir. Həmçinin, şəhərdə "Böyük Ncamena Məscidi", "Liberasiya və Başnazirlik Sarayı" və "Zakouma Təbii Parkı" kimi görməli yerlər var.

Əhalisi, dil və din

2009-cu il siyahıyaalmaya görə 993 492 nəfər əhalisi var. Əsas əhali müxtəlif etnik qruplara aiddir, qalanları ərəblər və avropalılardır. Rəsmi dillər fransız və ərəb dilləridir. Bunlardan başqa məişət səviyyəsində nil-saxar, afraziya və niger-kardofan dillərində danışırlar. Əsas əhali islam dininə sitayiş edir, xristianlar bir qədər azdır. Əhalinin bir hissəsi yerli dinlərə sitayiş edirlər.

Mədəni vəziyyəti

Şəhərin yetkin əhalisinin yarıdan çoxu savadsızdır. Müəllimlərin və xidmət sahələri qulluqçularının əksəriyyəti fransızlardır. Buna baxmayaraq şəhərdə Ncamena Universiteti, Zootexnika və Veteraniya İnstitutu, Humanitar Elmlər Milli İnstitutu, Tropik Ölkələrin Heyvandarlıq və Veteneariya İnstitutu, Pambıqçılıq İnstitutu, Milli Administrasiya Məktəbi, Milli Muzey fəaliyyət göstərir.

Əhalisi

Əhalinin illərə görə artımı aşağıda verildiyi kimidir:

  • 1937: 9 976
  • 1940: 12 552
  • 1947: 18 375
  • 1968: 126 483
  • 1993: 529 555
  • 2005: 721 000

Read next

In 147 languages

azAfrikaansአማርኛaragonésالعربيةمصرىasturianuKotavaتۆرکجهбашҡортсаBasa BaliBikol Centralбеларуская (тарашкевіца)беларускаябългарскиবাংলাབོད་ཡིགbrezhonegbosanskicatalà閩東語 / Mìng-dĕ̤ng-ngṳ̄нохчийнCebuanoکوردیčeštinaCymraegdanskDeutschDagaareΕλληνικάEnglishEsperantoespañoleestieuskaraestremeñuفارسیsuomifrançaisarpetanNordfriiskFryskGaeilgeGàidhliggalegoAvañe'ẽHausa客家語 / Hak-kâ-ngîעבריתहिन्दीFiji HindihrvatskihornjoserbsceKreyòl ayisyenmagyarհայերենinterlinguaBahasa IndonesiaInterlingueIdoíslenskaitaliano日本語JawaქართულიTaqbaylitKabɩyɛKongoKumoringGĩkũyũқазақшаYerwa Kanuri한국어kurdîkernowekкыргызчаLatinaLëtzebuergeschLigurelombardlingálalietuviųlatviešuмокшеньMalagasyMinangkabauмакедонскиമലയാളംमराठीкырык марыBahasa MelayuمازِرونیNederlandsnorsk nynorsknorskDiné bizaadoccitanlivvinkarjalaиронਪੰਜਾਬੀPapiamentupolskiPiemontèisپنجابیپښتوportuguêsRuna SimiromânăрусскийsardusicilianuScotsسنڌيsrpskohrvatski / српскохрватскиSimple EnglishslovenčinaslovenščinaanarâškielâchiShonaSoomaaligashqipсрпски / srpskisvenskaKiswahiliślůnskiதமிழ்тоҷикӣไทยTagalogtolışiTürkçeудмуртукраїнськаاردوoʻzbekcha / ўзбекчаvènetovepsän kel’Tiếng ViệtWinarayWolof吴语მარგალურიייִדישYorùbá閩南語 / Bân-lâm-gí粵語中文

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article