factograf
AZ

bitki növü

Natamam limodorum

Natamam limodorum

Key facts

anlayışın sinfitakson
takson adıLimodorum abortivum
takson ranqıbioloji növ
All data from the card 2
NCBI
242627
EOL
1140870

Natamam limodorum (lat. Limodorum abortivum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin limodorum cinsinə aid bitki növü.

Qısa morfoloji təsviri

Çoxillik bitkidir. Kökümsovu qısa, üfüqi, çoxlu qalın köklüdür. Gövdəsi qalın, 30–60 (80) sm hündürlükdə, yaşılı-bənövşəyi, boz, iti qınlıdır. Çiçəkqrupu iri, 6–20 çiçəkdən ibarət boş salxım şəklindədir. Çiçəkləri iri, bənövşəyi rəngli, 20–25 mm uzunluqdadır. Çiçəkyanlığının yarpaqları lansetvari, çəhrayı, 20 mm uzunluqdadır. Dodaqcığı açıq-bənövşəyi rənglidir. Mahmızı nazik, 15 mm uzunluqda, yumurtalığa bərabər və ya uzundur. Yumurtalıq silindrik, burulmamış qısa ayaqdadır.

Monotip cinsli çox nadir bitki növüdür. Azərbaycanda Zaqatala (Car kəndi), Qəbələ (Qəbələ ətrafı), Ağdaş (Şirvan stepi), Lənkəran (Alekseyevka kəndi) rayonlarında, Azərbaycandan kənarda – Krım, Ön Qafqaz, qərbi Zaqafqaziya. Orta və Cənubi Avropa, Kiçik Asiyada yayılmışdır. Aşağı dağlıq qurşağın seyrək meşələrində kolluqlar arasında, meşə kənarlarında bitir. Az rast gəlir.

Ehtiyatının dəyişilmə səbəbləri

Bitdiyi sahənin dəyişməsi, Bitkinin kökündən çıxarılması, çiçəyinin yığılması.

Becərilməsi

Azərbaycanın Botanika İnstitutunun Botanika bağında becərilir.

Qəbul edilmiş qorunma tədbirləri

Xüsusi mühafizə tədbirləri hazırlanmamışdır.

Yayılması

BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında aşağı dağ qurşağından orta dağ qurşağına kimi yayılmışdır. Meşə və meşə kənarlarında, seyrək meşələrdə kolluqlar arasında, talalarda bitir. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.

Read next

In 33 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article