factograf
AZ

Narkotik

Narkotik
Kofein
Kofein
Tütün
Tütün
2 images

Narkotik (və ya "Ağ ölüm") yunan "narke" sözündən götürülüb, yunan dilindən tərcümədə "yuxu" deməkdir.

Narkotik maddələr ilk öncə tibbdə istifadə olunmağa başlamışdır. Bu elə bir maddədir ki, insanın düşüncəsinə təsir edir və müəyyən mənada beyni tənzimləyir. Bu tənzimləmə hər cür psixoloji və fiziki defektlərlə nəticələnə bilər. Bu o deməkdir ki, narkotik maddələr hisləri, əhval-ruhiyyəni, düşüncəni dəyişməyə qadirdir.

Narkotik bitkilər

Narkotik bitkilər (yun. narke – donub qalma, quruyub qalma, mat qalma) – tərkibində mərkəzi sinir sistemini qıcıqlandıran, tədricən onun fəaliyyətini zəiflədici maddə olan bitkilər. Bir sıra Narkotik bitkilərdən tibdə ağrıkəsən dərman kimi istifadə edilir. Narkotik bitkilərdə təsiredici maddə alkoloidlərdir; Narkotik bitkilərdən alınan preparatlardan çox istifadə etdikdə narkomaniya baş verir. Narkotik bitkilərin əksəriyyəti ali bitkilərə aiddir. Narkotik bitkilərin çoxuna Cənubi və Şimali Amerikanın, Mərkəzi Asiyanın tropiklərində təsadüf olunur. Tiryək, xaş-xaş, hind çətənəsi (kənaf), kokain kolu, bir sıra dərman bitkiləri və zəhərli bitkilər narkotik bitkilərdir.

Xarici keçidlər

  • Narkotik maddələr haqqında BMT-nin qərarı
  • Narkotik və insan beyni

Read next

In 73 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article