"MobyGames" — həm keçmiş, həm də indiki videooyunların kataloqlaşdırılmasına həsr olunmuş veb-sayt. Saytda videooyunların geniş məlumat bazası mövcuddur. Veb saytın məqsədi tez-tez verilən suallara cavab yerləşdirməkdir. 2008-ci ilə olan məlumata görə, sayta 85-dən çox oyun platforması (konsollar, kompüterlər və PDA, o cümlədən mobil telefonlar) və 24 mindən çox oyun haqqında məlumat daxildir.
Mükafatlar
MobiGames saytı 11 aprel 2006-cı ildə Beynəlxalq Rəqəmsal İncəsənət və Elmlər Akademiyasında "Ən yaxşı oyun saytı" kateqoriyasında Vebbi mükafatına namizəd olmuşdur, lakin bu mükafatı qazana bilməmişdir.
Xarici keçidlər
- mobygames.com — rəsmi saytı
- mobygames.com/forums – forum saytı. (ing.)
- mobygames.com/info/whatis_mobygames – saytın tarixi. (ing.)
