Maroni (fr. Maroni, nid. Marowijne) — Cənubi Amerika çayı.
Çay Surinam və Fransa Qvianası ərazisindən axır, çox hissəsi sərhəd bölgəsindən keçir, bundan sonra estuari yaradaraq Atlantik okeanına tökülür.
Çayın uzunluğu 520 km (digər mənbələrə görə 680 km və ya 725 km), su götürmə sahəsi 65830 km²-dir. Çayın sahilləri əsasən tropik cəngəlliklərlə örtülüdür, mənbəyi Braziliya sərhədi yaxınlığındakı Tumuk Umak dağlarında yerləşir. Əsas qolları Tapanahoni və Lavadır.
Çay ətrafında Sen-Loran-dü-Maroni (Fransız Qvianası) və Albina (Surinam) limanları yerləşir. Kiçik gəmilər çay estuarisindən 100 km məsafədə üzə bilərlər, daha sonrakı yerlərdə çoxsaylı astanalar və şəlalələr var. Çayın orta axınında qızıl mədəni yerləşir.
