factograf
AZ
Sign in

MacBook Air

MacBook Air
All data from the card 5
İstehsalçı
Apple Inc.
Növü
Mac
Buraxılış tarixi
29 yanvar 2008
Əməliyyat sistemi
macOS
Veb-saytı
apple.com/macbook-air/apple.com/jp/macbook-air/

MacBook Air — 2008-ci ildən etibarən Apple tərəfindən istehsal edilən notbuk seriyasıdır. Bu seriyaya aid olan notbuklar nazik və yüngül alüminium korpusa sahibdir. 2022-ci ildən etibarən 13 düym (2023-cü ildə yenilənib) və ya 15 düym (2023-cü ildə) ölçülü ekran ilə təchiz olunmuşdur. MacBook Air daha böyük və daha yüksək performanslı MacBook Pro ilə müqayisədə daha ucuzdur. 2011-ci ildə "orijinal MacBook seriyası" dövrünün başa çatması ilə MacBook Air Apple-ın ən münasib qiymətli notbuk modeli halına gəlib.

MacBook Air 2008-ci ilin yanvarında təqdim olundu. O, 13,3 düym ekranı və tam ölçülü klaviaturası ilə premium ultraportativ kimi tanıdıldı. İncə dizaynı ilə diqqət çəkən bu notbuk o vaxtın ən incə notbuku kimi təqdim olundu və yeni ultrabuk kateqoriyasını yaratdı. Optik disk sürücüsü olmaması və o zamanlar ümumiyyətlə notbuklar üçün xarakteristik olan portların sayının az olması ilə diqqət çəkirdi.

2010-cu ildə MacBook Air konusvari korpusla yenidən dizayn edildi və Apple daha kiçik 11,6 düym versiyasını təqdim etdi. Daimi yaddaş SSD (Solid-state storage; sərt vəziyyətdə olan) olaraq standartlaşdırıldı və daha sonra Intel Core i5 və ya i7 prosessorları ilə Thunderbolt əlavə olundu. Daha kiçik 11 düymlük modelin istehsalı 2016-cı ildə dayandırıldı. 2018-ci ildə Air daha kiçik bir ölçü halına gətirilərək, yüksək görüntü imkanı olan Retina ekranı ilə əvəz edildi. Məlumat ötürülməsi və enerji üçün USB-C/Thunderbolt 3 portlarının kombinasiyası ilə təchiz olundu.

2020-ci ildə Apple MacBook Air-i özü tərəfindən hazırlanmış yeni M1 prosessoruna keçirdi (bax: Apple silisiumlu MacBook Air).

2022-ci ildə ən son MacBook Air MacBook Pro modelinə uyğun olaraq konusvari formada yenidən dizayn edildi və M2 prosessoruna keçid edildi. Ekran ölçüsü genişləndirilərək 13,6 düymə çatdırıldı və Apple-ın maqnitli elektrik enerjisi alma portlarının üçüncü iterasiyası olan MagSafe-i yenidən geri qaytardı.

Xarici keçidlər

  • apple.com/macbook-air — MacBook Airin rəsmi saytı

Read next

In 52 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article