factograf
AZ

MIM-23 Hawk

MIM-23 Hawk
All data from the card 2
Ölkə
ABŞ
İstehsalçı
Raytheon Company
I-HAWK atılarkən
I-HAWK atılarkən

MIM-23 Hawk — Raytheon Company şirkəti tərəfindən hazırlanmış olan sistem ən effektiv orta mənzilli hava hücumundan müdafiə sistemlərindən biri hesab olunur. Orta mənzilli hava hücumundan müdafiə sistemi olsa da, aşağı hündürlükdə uçan hədəflər üçün uyğunlaşdırılmışdır. Onun tam adı belədir: "Homing All the way to Kill". Standart buraxılış qurğusunda üç ədəd raket daşıyır. Improved (Təkmilləşdirilmiş) - HAWK-ın mühərrik performansı artırılmış və elektron müharibəyə qarşı müdafiəsi maksimum dərəcədə yüksəldilmişdir. Onun maksimum mənzili 35 km, maksimum uçuş hündürlüyü isə 18-km təşkil edir. İsrailin I-HAWK raketi, 1982-ci ildə 21 km hündürlükdə uçan bir MiQ-25 döyüş təyyarəsini vurmağa nail olmuşdur. X diapazonlu radar başlığı ilə idarə olunan I-HAWK raketinin döyüş başlığı 54 kq ağırlığında olub, hissəcik və partlama effektinə malikdir. Bu günə qədər istehsal olunan 36 min ədəd raketdən 11800 ədədi NATO ölkələrinin inventarına daxil edilmişdir.

Radar

Hədəfi müəyyənləşdirmə radarı AN/MPQ-51 (Improved Hawk - Phase II) bir Ku Band (Tezlik aralığı:15,5-17,5 GHz) zərbə (pulse) modilyasiya Radarıdır.

  • Çıxış gücü: 120 kW
  • Zərbə müddəti: 0,6 µs
  • Mənzil
    • 83 km-lik versiyada 3 m² hədəf
    • 78 km-lik versiyada 2,4 m² hədəf
    • 63 km-lik versiyada 1 m² hədəf

Texniki xüsusiyyətləri

Növ: SAM surface to air (yer-hava raketi)

İstehsalçı: ABŞ/Raytheon Company

  • Uzunluğu: 5,07 m
  • Eni: 0,87 m
  • Qanad uzunluğu: 1,19 m
  • Mühərrik: qatı maye yanacaq
  • Sürəti: 3 Mach
  • Maksimum mənzili: 40 km
  • Buraxılış ağırlığı: 584 kq
  • Xidmət hündürlüyü: 35000 feet/10,66 km
  • Döyüş başlığı: 54 kq
  • Dağıtma radiusu: 17 m
  • Raketin qiyməti: 500 min $

İstifadəçilər

Mobil Hawk
Mobil Hawk

Read next

In 31 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article