
M47 Patton, Patton orta səviyyəli seriyasının ikinci və son orta tank növüdür. Bu tank 90 mm-lik bir tank silahı və yeni hazırlanmış bir qüllə ilə təchiz olunmuş M46 Patton tankının daha da inkişaf etdirilmiş versiyasıdır. 1950–1980-ci illər arasında Amerika Ordusunun standart orta tankı idi. Digər Patton seriyası tankları kimi, adını da Amerikan General Corc Pattondan almışdır. M46 Patton tankının baza modeli əsasında hazırlanmışdır. Hərəkət mənzili 130 km təşkil edir. Transmissiyası General Motors CD-850–4 modelidir. Asqı sistemi burulma çubuğudur.
Tarixi
M47 tankı M48 Patton tankı istismara verildiyi müddətə qədər ABŞ ordusu və ABŞ dəniz piyadaları korpusu tərəfindən istifadə edilən əsas tank sinfi idi. M47 Patton əvvəllər Amerika ordusunda xidmət edən M4 Sherman və M46 Patton tanklarını əvəz etmişdir. M47 tankı, o dövrdə tank gücünü yenidən quran Avropadakı NATO və Asiyadakı SEATO ölkələri tərəfindən çox sayda istifadə edilmişdir.
Dizaynı
Koreya müharibəsindən sonra mövcud tank əleyhinə silahların Sovet tanklarına qarşı çox şansının olmadığı müşahidə edildi. Bundan sonra Amerika Müdafiə Nazirliyi əvvəllər hazırlanmış M46 Patton tankını hazırlamağa başladı.
Müharibə keçmişi
- Pakistan 1965-ci ildə baş vermiş olan İkinci Hindistan-Pakistan müharibəsində Hindistana qarşı M47 tanklarından istifadə etmişdir.
- İordaniya altı günlük müharibədə İsrailə qarşı M47 tanklarından istifadə etmişdir.
- Türkiyə M47 tanklarını 1974-cü ildə Kipr Sülh Hərəkatında istifadə etmişdir.
- İran, İran-İraq müharibəsində İraqa qarşı M47 tanklarından istifadə etmişdir.
Versiyaları
M46E1, M47 tankının dizayn edildiyi prototip modelidir. T42 prototip tankından alınan bir qüllə və 90 mm-lik bir tank əleyhinə topla təchiz olunmuşdur.
M47 orijinal istehsal modelidir.
M47M Bu inkişaf proqramı 1960-cı illərin sonlarında başlamışdır. M47M versiyalarına M60A1 tanklarından mühərrik və yanğına nəzarət hissələri əlavə edilmişdir. ABŞ istifadə etmədiyi halda, İran və Pakistan üçün 800 ədəd istehsal edilmişdir. 90 mm tank topunun döyüş sursatı üçün əlavə yer təmin etmək üçün köməkçi sürücü yeri aradan qaldırılmışdır.
M47E
M47E1
Türkiyə ordusu və M47 Patton tankları
M47 tankları uzun illərdir ki, Türkiyə Ordusu tərəfindən istifadə olunur və Kiprdəki Kipr əməliyyatında uğurla istifadə edilmişdir. 1980-ci illərin əvvəllərindən bu tanklar xidmətdən çıxardılmağa başlanmışdır.
İstifadəçilər


Keçmiş istifadəçilər
- ABŞ
- Avstriya
- Almaniya
- Belçika
- Efiopiya
- Fransa
- Cənubi Koreya — 2006 ~ 2007-ci illərdə xidmətdən çıxarılmışdır.
- Xorvatiya
- Niderland
- İraq — İran-İraq müharibəsi dövründə ələ keçirilmiş bütün M47 tankları məhv edildi və ya parçalandı.
- İtaliya
- Yaponiya — Sınaq məqsədilə 1 ədəd
- Kipr — 1 ədəd Türk ordusundan qənimət kimi ələ keçirilmişdir.
- Pakistan — 2002 ~ 2003-cü illərdə xidmətdən çıxarılmışdır.
- Portuqaliya
- Səudiyyə Ərəbistanı
- Türkiyə — 1347 M47-nin hamısı hissələrə bölünmüşdür.
- İordaniya
- Yuqoslaviya — 319
- Yunanıstan
