factograf
AZ
Sign in

Lara Croft Go

Lara Croft Go

Key facts

yayımlanma tarixi27 avqust 2015
anlayışın sinfivideo oyun
janrpazl videooyunu
All data from the card 11
Hazırlayan
Square Enix Montreal
Yayımlayanlar
Square Enix
Seriya
Tomb Raider, Lara Croft[d]
Buraxılış tarixi
iOS, Android, Windows Phone27 avqust 2015PlayStation Vita3 dekabr 2016Steam, macOS, Linux4 dekabr 2016
Janr
pazl videooyunu[d]
Rejissorlar
Daniel Luts
Platformalar
iOSAndroidWindows PhoneMicrosoft WindowsPlayStation 4PlayStation VitamacOSApple TVLinux
Oyun rejimi
birnəfərli oyun
İnterfeysin dili
ingilis dili, fransız dili, italyan dili, alman dili, ispan dili, Braziliya portuqal dili
Daşıyıcı
rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d]
İdarəetmə
sensor ekran

Lara Croft Go — 2015-ci ildə "Square Enix Montréal" studiyası tərəfindən istehsal edilmiş və "Square Enix"in Avropa bölməsi tərəfindən nəşr edilmiş növbə əsaslı pazl videooyunu. "Tomb Raider" seriyasının yan qolu olan bu oyunda oyunçu Lara Kroftu lövhə-oyunu formasında hazırlanmış pazl məkanında hərəkət etdirməli, maneələrdən yayınmalı və ətraf mühiti idarə etməlidir. İstehsalçılar seriyanın əsas motivlərini, məsələn, üzərinə yuvarlanan qayanı izləmə səhnələri və reaksiyaya əsaslanan oyun mexanikasını "Lara Croft Go"nun vaxtdan asılı olmayan oyun quruluşuna uyğunlaşdırmışdır. Oyun studiyanın "Square Enix Europe" kataloquna daxil olan digər bir franşiza əsasında hazırlanan, 2014-cü ildə satışa çıxarılmış "Hitman Go" oyununun mənəvi varisi kimi inkişaf etdirilmişdir. Bu, 2015-ci ilin avqust ayında "Android", iOS, "Windows" və "Windows Phone" üçün buraxılmışdır. "PlayStation 4", "PlayStation Vita" və "Steam" üçün versiyalar 2016-cı ilin dekabr ayında yayımlanmışdır.

Oyun əsasən müsbət rəylər almışdır. Tənqidçilər onun estetikasını, pazl dizaynını və seriyaya sadiqliyini tərifləmiş, onun qısalığını və çətinlik səviyyəsi ilə bağlı qeyri-müəyyənliyi tənqid etmişdilər. Oyun 2016-cı ildə "Apple" Dizayn mükafatına, həmçinin "Apple"ın 2015-ci il "İlin iPhone oyunu" adına və 2015-ci il "The Game Awards" tədbirində "ən yaxşı mobil/portativ oyun" mükafatına layiq görülmüşdür.

Geympley

"Lara Croft Go" videooyunu "Tomb Raider" franşizasına daxil olan növbə əsaslı pazl videooyunudur. Oyun mexanikası və idarəetmə sistemi əvvəlki "Hitman Go" ilə oxşardır. Səviyyələr bir-birinə bağlı düyünlər və xətlərdən ibarətdir. Oyunçu seriyanın protaqonisti Lara Kroftu idarə edir. Oyunçu və oyun mühiti növbə ilə hərəkət edir. Biri dayanan zaman digəri hərəkət edir. Oyunçu öz növbəsində Kroftu bağlı düyünlər üzrə bir vahid hərəkət etdirir. Kroft nöqtədə dayandığı zaman düşmənlər və maneələr də eyni vaxtda bir vahidlik hərəkət edir. "Hitman Go" üfüqi səthlə məhdudlaşdığı halda, Lara Croft Go səviyyə dizaynına pilləkənlər, qayalı səthlər və dırmaşmaq mümkün olan relyef əlavə etməklə şaquli hərəkəti də oyuna daxil etmişdir. Oyunda ümumilikdə beş fəsil və qırx səviyyə mövcuddur.

Oyun irəlilədikcə tapmacalar daha mürəkkəb olur. Sıralanan səviyyələr yeni oyun mexanikaları və düşmən növləri təqdim edir. Düşmənlər ilanlar, kərtənkələlər və nəhəng hörümçəklər kimi ölümcül canlılardır. Hər biri özünəməxsus hərəkət modelinə malikdir. Səviyyələrdə nizə kimi birdəfəlik əşyalar toplanaraq uzaqdan düşmənləri məhv etmək üçün istifadə olunur. Digər mexanikalar içində qaya parçaları, mişar bıçaqları və tələlər kimi maneələr də vardır. Oyunçu divarları və platformaları dəyişdirən qolları aktivləşdirərək səviyyədə yeni yollar aça bilər. Oyunda tapmacalar üçün ipucu təqdim edən opsional daxili ödənişlər də mövcuddur.

İstehsal və buraxılış

Texniki direktor Antuan Rutonun 2016-cı il "Game Developers Conference" tədbirində oyunun hazırlanması barədə təqdimat keçirməsi.
Texniki direktor Antuan Rutonun 2016-cı il "Game Developers Conference" tədbirində oyunun hazırlanması barədə təqdimat keçirməsi.

"Lara Croft Go" əvvəlcə "triple-A" səviyyəli bir "Hitman" oyunu yaratmaq üçün təsis edilmiş, lakin sonradan Qərb bazarı üçün mobil oyunlar hazırlamağa yönləndirilmiş "Square Enix Monreal" studiyası tərəfindən hazırlanmışdır. Studiyada texniki direktor Antuan Ruto və oyun direktoru Daniel Luts istisna olmaqla bütün əməkdaşlar işdən ayrılmışdır. Bir aylıq ideya mərhələsindən sonra Luts Rutonu növbə əsaslı pazl mexanikası üzərində qurulmuş əsaslanan "Hitman" oyunu hazırlamağa razı salmış və nəticədə "Hitman Go" yaranmışdır. Oyun studiya tərəfindən müsbət qarşılanmışdır. Növbə əsaslı pazl konsepsiyası qısa oyun sessiyaları və "zərif stolüstü oyun" təsiri yaratmaq üçün çoxsaylı iterasiyalar nəticəsində formalaşmışdır. Komanda franşizanın xüsusiyyətlərini ən sadə formaya qədər distillə etdiyini hesab etmişdir.

"Hitman" elementləri təməl hissələrinə qədər sadələşdirildikdən sonra komanda Lara Kroft üzərində qurulmuş "Tomb Raider" versiyasının bu yanaşmaya uyğun gələcəyini düşünmüşdür. Orta hesabla 10 nəfərlik komanda kiçik, çevik və indi studiyaya bənzər şəkildə işləyirdi. Onlar Lara Kroftu "Hitman Go" üslubuna adaptasiya etmiş, diqqətlərini düşmən öldürməkdən və animasiyadansa, daha çox mühitə yönəltmişdir. Komanda seriyanın yenilənmiş versiyası yox, klassik "Tomb Raider" vizual üslubunu seçmişdir. Onları bunu həyata keçirmək üçün mövcud sənədlərdən yox, öz yaddaşlarından istifadə etmişdir. Onların məqsədi nəhəng heyvan və ya qaya tərəfindən təqib edilən momentləri yenidən yaratmaq olmuşdur. Vaxt məhdudiyyətlərinin olmadığı bu oyunda əvvəlki seriyadakı sürətli vaxt hadisəsi mexanikalarını əvəz etmək üçün hər növbədən sonra çatlaya-çatlaya dağılan platformalar əlavə olunmuşdur.

Komanda həmçinin, oyunçunun dərsiz, kəsintisiz şəkildə öyrənə biləcəyi mexanikaya üstünlük vermişdir. "Hitman Go" ilə müqayisədə "Lara Croft Go" tapmacalarının daha az elementli, tam şəkildə görünən və sürüşdürmə tələb etməyən dizaynı hədəflənmişdir. Kamera Kroftu izləyir, sabit qalmır.

Oyun "Unity" mühərrikində hazırlanmışdır. Bu, prototiplərin müxtəlif platformalara daha sürətli köçürülməsinə imkan vermişdir. Oyun öncə "iPhone"un kiçik ekranına uyğunlaşdırılmışdır. Bu, "Hitman Go"dan alınan təcrübə idi.< "Square Enix" komandası "Tomb Raider" brendinin sahibi "Crystal Dynamics" ilə əməkdaşlıq etmiş, lisenziya uyğunluğunu təmin etmiş, xüsusən personaj geyimləri bu əməkdaşlıq əsasında formalaşdırılmışdır.

"Lara Croft Go" videoyunu "Square Enix" şirkətinin E3 2015 təqdimatında ilk dəfə nümayiş olunmuşdur. Oyun "Android", iOS, "Windows" və "Windows Phone" üçün 27 avqust 2015-ci il tarixində buraxılmışdır. 25 noyabr 2015-ci il tarixində "The Shard of Life" adlı ödənişsiz genişlənmə paketi yayımlanmışdır. Bununla oyuna 26 səviyyə, yeni düşmənlər, geyimlər və kolleksiya əşyaları əlavə olunmuşdur. "PlayStation 4" və "PlayStation Vita" versiyaları KO_OP studiyası tərəfindən hazırlanmış "Mirror of Spirits" adlı əlavə səviyyələri özündə birləşdirmişdir. 2020-ci ildə "Lara Croft Go" mobil platformalarda müvəqqəti olaraq pulsuz olmuşdur.

Qəbulu

Qəbul
Ümumi xal
QiymətləndirənXal
MetacriticiOS: 83/100
PS4: 84/100
Tənqid xalları
NəşrXal
Electronic Gaming Monthly5.0/10
Game Informer8/10
IGN8.5/10
TouchArcadeiOS:
USgamer
Игры Mail.ru8/10
Canard PC7/10

Videooyun rəylərini toplayan "Metacritic" platformasına əsasən, oyun əsasən müsbət rəylər almışdır. Oyun "Apple"ın 2015-ci il üçün "İlin iPhone oyunu", 2015 "The Game Awards" tədbirində "ən yaxşı mobil/portativ oyun" və 2016-cı il "Apple" Dizayn mükafatı ilə təltif edilmişdir. Rəylərdə oyunun estetikası, pazl dizaynı və seriyaya sadiqliyi yüksək qiymətləndirilmiş, lakin qısalığı və çətinlik səviyyəsi ilə bağlı fikirlərin fərqli olması qeyd edilmişdir.

IGN müəllifi Xloy Red oyunun teatr səhnəsini xatırladan detallı vizual quruluşunu tərifləmişdir. "Game Informer" əməkdaşı Endryu Reyner onun qrafikasını ən yaxşı mobil oyunlardan biri kimi qiymətləndirmişdir. Red oyunun çətinliyinin az olduğunu qeyd etmiş, Reyner isə son tapmacaları həddindən artıq çətin hesab etmişdir.

"Electronic Gaming Monthly" yazarı Rey Karsillo oyunun "Hitman Go"nun sərt lövhə estetikasından uzaqlaşmasını tənqid etmiş, vizual üslubu isə "ucuz imitasiya" kimi xarakterizə etmişdir. O, tapmacaların "yaxşı" olduğunu, lakin onların "xüsusi" olmadıqlarını qeyd etmişdir. "Wired" yazarı Mett Pekhem kolleksiya əşyalarının həddindən artıq gizli olduğunu və toplamağa dəyər hiss edilmədiyini bildirmişdir. "USgamer" resenziyaçısı Caz Riqnall oyunun qısa olduğunu qeyd etmiş, lakin onun balanslı və "ideal iOS oyunu" olduğunu əlavə etmişdir. O həmçinin, oyunun "Monument Valley"dən təsirləndiyini vurğulamışdır.

Satışlar və mükafatlar

2018-ci ildə "Steam Web API"də təhlükəsizlik boşluğu səbəbindən oyunu ən azı bir dəfə oynayan "Steam" istifadəçilərinin dəqiq sayının 72,299 nəfər olduğu məlum olmuşdur. 2022-ci ilin may ayında "Lara Croft and the Guardian of Light", "Lara Croft and the Temple of Osiris", "Lara Croft: Relic Run" və "Lara Croft Go" mobil layihələrinin yüklənmə sayının 53 milyon kopyanı keçdiyi məlum olmuşdur.

2016-cı ildə Rusiyanın "Mail.ru" veb-saytının videooyunlar üzrə ixtisaslaşmış bölməsi onu 2015-ci ilin ən yaxşı mobil oyunları siyahısına daxil etmişdir.

Mükafatların və nominasiyaların siyahısı
Mükafat Kateqoriya Nəticə İst.
Apple Design Award 2016 Oyun Qazandı
Apple's Best of 2015 İlin oyunu Qazandı
The Game Awards 2015 Ən yaxşı mobil/portativ oyun Qazandı
IGN's Best of 2015 İlin mobil oyunu Qazandı
XIX İllik "D.I.C.E. Awards" İlin mobil oyunu Namizəd
İncəsənət istiqamətində görkəmli nailiyyət Namizəd
Geymdizaynda görkəmli nailiyyət Namizəd
Pocket Gamer Awards 2016 İlin "Android" oyunu Qazandı
Ümumi ilin oyunu Qazandı

Xarici keçidlər

  • Vikianbarda Lara Croft Go ilə əlaqəli mediafayllar var.
  • laracroftgo.com — rəsmi saytı

Read next

In 16 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article