Kurort (alm. Kurort: kur — müalicə və ort — yer, məkan)) — müalicə, tibbi reabilitasiya, xəstəliyin profilaktikası və sağlamlıq məqsədilə qurulmuş və istifadə edilən sahədir. Kurort adətən təbii müalicəvi qaynaqlarla əhatə olunaraq istismar üçün lazım olan tiklilərə və infrastrukturaya malikdir.
Növləri
Balneoterapia
Latın dilində lat. balneum – vanna, lat. therapia – müalicə deməkdir. Bu tipli kurortlarda müalicə faktoru kimi təbii mineral sulardan istifadə olunur. Su xaricdən (vannada, duşda, qapalı çimərlikdə və s.) istifadə edilməklə, daxildən içməklə müalicə, inhalysaiya və digər proseduralar üçün istifadə olunur. Balneoterapiya kurortları xəstəxanalarla təmin olunur, orada içki qalereyaları, basseynlər mövcuddur.
Palçıq
Əsas və ya müalicə üsullarından biri kimi iqlimlə, təbii mineral sularla bərabər müalicəvi palçıqlardan da istifadə olunur.
İqlim
Bu cür kurortlarda üstünlük iqlimə verilir. Burada aeroterapiya, helioterapiya, talassoterapiya aparma mümkündür.
Kumıs
Kumis müalicəvi kurortlarında müalicə keyfiyyətli hazırlanmış kumısa əsaslanır.
Ədəbiyyat
- Вульфсон И. З. и др. Справочник по курортологии и курортотерапии / Гл. ред. Ю. Е. Данилова, П. Г. Царфис. — М.: Медицина, 1973. — 648 с. — 100 000 экз.
- Курорты: Энциклопедический словарь / Гл. ред. Е. И. Чазов. — М.: Советская энциклопедия, 1983. — 592 с. — 100 000 экз.
- Ветитнев А. М., Журавлёва Л. Б. Курортное дело: Учеб. пособие. — М.: КноРус, 2007. — 528 с. — 3000 экз. — ISBN 978-5-85971-737-8.
