factograf
AZ

Danimarkanın paytaxtı

Kopenhagen

Kopenhagen

Key facts

əhalisi667.099
sahəsi90,9km²
anlayışın sinfiən böyük şəhər, şəhər
ölkəDanimarka
yaranma tarixi1167
dəniz səviyyəsindən yüksəkliyi14m
hökumət başçısıLars Weiss
inzibati-ərazi vahidiDanimarka paytaxt bölgəsi
rəsmi dilDan dili
təsvir edildiyi mənbəBrokhauz və Efron yəhudi ensiklopediyası
All data from the card 8
Ölkə
Danimarka
Əsası qoyulub
1167
İlk məlumat
XI əsr
Sahəsi
90,9 km²
Mərkəzin hündürlüyü
14 m
Əhalisi
667.099 nəf. (1801, 1840, 1860, 1870, 1890, 1910, 1921, 1930, 1950, 1972, 1985, 1992, 1998, 2005, 2008, 2010, 2017, 2022, 2025)
Rəsmi dili
Dan dili
Poçt indeksi
1000

Kopenhagen — Danimarkanın paytaxtı və ən iri şəhəri. Şəhər Zelandiya Slotsholmen və Amager adalarında yerləşir. Tarixi şəhərin əhalisi 600 min nəfərdən bir qədər çox, şəhərətrafı ərazilərdə isə 1,3 milyondan çox əhali var. Şəhərin bir hissəsi, özünü azad şəhər elan edən Kristania, qismən özünü idarə edir.

Kopenhagen mədəniyyətini çox vaxt "açıq səma altındakı mədəniyyət" də adlandırırlar. Yay vaxtı Danimarka səmalarında parlaq günəş işıq saçır və şəhərin müxtəlif meydanlarında açıq səma altında mədəniyyət tədbirləri keçirilir. Bu mədəniyyət tədbiləri danimarkalıların və turistlərin çox böyük marağına səbəb olur. Həmçinin yay kinoteatrlarında filmlər nümayiş olunur, hər kəs birlikdə gün dönümünü (midsummer) qeyd edir, parklarda, göl kənarlarında, şəhər ətraflarında məşəllər yandırılır. kopenhagen gerbində şirə olan etinad var..

Tarixi

Şəhər Eresuni boğazının cənub-şərq hissəsində Zelandiya və Amager adalarında yerləşir.

"Kopenhagen" tərcümədə "ticarət limanı" mənasını verir. Kopenhagen haqqında ilk məlumat sənədlərdə 1043-cü ildə verilib. 1443-cü ildə kilsəyə mənsub olub, sonradan Danimarka krallarının iqamətgahına çevrilib. 1520–30-cu illərdə Reformasiyanın mərkəzi olub. 1867-ci ildə qoruyucu xəndəklər və şəhərin divarları, 1872-ci ildə bəndlər yaradılmışdır. Kopenhagen şəhər ətrafı Frederiksborqla, Sundbüerinlə, Brensxemlə, Vadbyu ilə birləşmişdir. 1940–1945-ci illərdə şəhər alman faşist ordusu tərəfindən zəbt olunmuşdur.

Memarlığı

Bu şəhər radiuslu dairə prinsipi ilə tikilmişdir. Şəhərin ən köhnə hissəsi İçəri şəhərdən, Saray adasından, İstinad qalasından ibarətdir.

Turizm

Kopenhagen şəhəri sakinləri və qonaqları üçün yüksək həyat tərzi təklif edir. Şəhər rəngarəng memarlıq nümunələri, dizayn və delikatesləri ilə məşhurdur. Həmçinin burada çox rahat şəhər nəqliyyatı, velosiped mədəniyyəti (şəhər əhalisinin 36 faizi iş yerlərinə və təhsil aldıqları müəssisələrə bu nəqliyyat növü ilə gedir), limanları, yaşıllıqları, dəbli kafeləri yüksək həyat tərzinə öz töhfəsini verir. Sahil küçələrində, parklarda, şənbə-bazar günləri isə şəhərdən kənarda qəsrlərdə, kəndlərdə, meşə və dağlarda gəzinti insana əvəzolunmaz zövq bəxş edir.

Read next

In 207 languages

azаԥсшәаAcèhAfrikaansAlemannischአማርኛaragonésÆngliscالعربيةܐܪܡܝܐالدارجةمصرىasturianuKotavaAymar aruتۆرکجهбашҡортсаBasa BaližemaitėškaBikol Centralбеларуская (тарашкевіца)беларускаяBetawiбългарскиBislamaবাংলাབོད་ཡིགbrezhonegbosanskiбуряадcatalà閩東語 / Mìng-dĕ̤ng-ngṳ̄нохчийнCebuanoکوردیcorsuqırımtatarcačeštinakaszëbscziсловѣньскъ / ⰔⰎⰑⰂⰡⰐⰠⰔⰍⰟчӑвашлаCymraegdanskDeutschZazakidolnoserbskiडोटेलीeʋegbeΕλληνικάemiliàn e rumagnòlEnglishEsperantoespañoleestieuskaraestremeñuفارسیsuomivõroføroysktfrançaisNordfriiskFryskGaeilgeGagauzGàidhliggalegoAvañe'ẽ𐌲𐌿𐍄𐌹𐍃𐌺GaelgHausa客家語 / Hak-kâ-ngîעבריתहिन्दीFiji HindihrvatskihornjoserbsceKreyòl ayisyenmagyarհայերենԱրեւմտահայերէնinterlinguaBahasa IndonesiaInterlingueIlokanoIdoíslenskaitaliano日本語JawaქართულიQaraqalpaqshaTaqbaylitKabɩyɛKumoringқазақшаಕನ್ನಡ한국어kurdîкомиkernowekкыргызчаLatinaLadinoLëtzebuergeschLingua Franca NovaLimburgsLigurelombardlietuviųlatgaļulatviešuमगहीмокшеньMalagasyMāoriMinangkabauмакедонскиമലയാളംмонголमराठीBahasa MelayuMaltiMirandésမြန်မာဘာသာэрзяньمازِرونیNapulitanoNedersaksiesPlattdüütschनेपालीनेपाल भाषाNederlandsnorsk nynorsknorskNovialNouormandDiné bizaadoccitanlivvinkarjalaиронਪੰਜਾਬੀPapiamentuPicardDeitschpolskiPiemontèisپنجابیپښتوportuguêsRuna Simirumantschromânăрусскийрусиньскыйसंस्कृतम्саха тылаsardusicilianuScotsسنڌيdavvisámegiellasrpskohrvatski / српскохрватскиSimple EnglishslovenčinaslovenščinachiShonaSoomaaligashqipсрпски / srpskiSesothoSeeltersksvenskaKiswahiliślůnskiSakizayaதமிழ்తెలుగుтоҷикӣไทยTagalogtolışiTürkçeтатарча / tatarçaTwiудмуртئۇيغۇرچە / Uyghurcheукраїнськаاردوoʻzbekcha / ўзбекчаvènetovepsän kel’Tiếng ViệtWest-VlamsVolapükwalonWinarayWolof吴语მარგალურიייִדישYorùbáZeêuws文言閩南語 / Bân-lâm-gí粵語中文

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article