factograf
AZ
Sign in

Kilis

Kilis

Key facts

əhalisi112.187
sahəsi610km²
anlayışın sinfişəhər, iri şəhər, bələdiyyə
ölkəTürkiyə
dəniz səviyyəsindən yüksəkliyi632m
inzibati-ərazi vahidiKilis ili
All data from the card 6
Ölkə
Türkiyə
Sahəsi
610 km²
Mərkəzin hündürlüyü
632 m
Əhalisi
112.187 nəf. (1997, 2000, 2007, 2010, 2018, 2019, 2020, 2022)
Poçt indeksi
79000
Nəqliyyat kodu
79

Kilis (türk. Kilis) — Türkiyənin Cənub-şərqi Anadolu regionunda yerləşən və Kilis ilinin mərkəzi olan şəhər.

Coğrafiyası

Kilis şəhəri Qaziantep şəhərindən 55 km, Türkiyə-Suriya sərhədindən 10 km məsafədədir. Şəhərin dəniz səviyyəsindən orta yüksəkliyi 680 metrdir.

Tarixi

Şəhərin tarixinin miladdan 3 min il əvvələ qədər getdiyi hesab olunur. Şəhər müxtəlif dövrlərdə aşşurlar, hetlər, əhəmənilər, romalılar, bizanslılar, məmlüklər və osmanlıların hakimiyyəti altında olmuşdur. 636-cı ildə xəlifə Ömər bin Xəttab tərəfindən xilafətin torpaqlarına qatılmış Kilis bu dövrdə Bizans İmperiyasına qarşı sərhəd məntəqəsi rolunu oynayırdı. Şəhər sonralar Məmlük idarəsində olmuş, 1516-cı ildə isə Mərcidabık döyüşü nəticəsində I Səlim tərəfindən Osmanlı ərazilərinə birləşdirilərək Hələb vilayətinə daxil edilmişdir. Birinci Dünya müharibəsindən sonra ingilislər, ardınca isə fransızlar tərəfindən işğal olunmuş Kilis 1921-ci ilin 7 dekabrında işğaldan azad edilərək Türkiyə Cümhuriyyətinin inzibati bölgəsinə çevrilmişdir.

Kilis əvvəllər Qaziantep ilinin bir ilçəsi idi. 1995-ci ilin 6 iyununda qəbul edilmiş qərarla Türkiyənin 79-cu ilinə çevrildi.

Read next

In 65 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article