factograf
AZ
Sign in

Hiksoslar

Hiksoslar




Misir heroqliflərində
Hiksoslar Yunan 'Ύκουσσώς' Heroqlif
Unikodu Ḥq3-ḫ3st / Ḥq3-ḫ3swt Transkripsiyası Heka-xaset / Heka-xasut Mənası "yadelli hökmdar/yadelli ölkə hökmdarı" və ya
I Ahmos hiksoslara qarşı döyüşərkən

  • bax
  • müzakirə
  • redaktə

Hiksoslar Yaxın Şərqin köçəri maldar tayfaları. E.ə. XVII əsrdə Qədim Misiri istila edərək hökmranlığı ələ keçirmiş və e.ə. 1650-ci ildə öz hökmdar sülalələrini yaratmışlar. Tayfanın adı Qədim Misir dillərindəki Manefonun tərcüməsində Hqa xAstwt ( yun. ὑκσώς, ὑξώς - yadelli hökmdar/yadelli ölkə hökmdarı) "çoban hökmdarlar" və ya "çoban tayfaları"dır. Azərbaycan Türkü əsilli Türk yazıçısı Murad Bahadır Ağqoyunlu hiksos sözünün Oğuz sözünün təhrif olunmuş versiyası hesab edir. Hiksosların hökmranlıq dövrü Misirin ikinci orta dövrü adlandırılır. 18-ci sülalənin əsasını qoymuş I Ahmos hiksosları ölkədən qovaraq onların hökmranlığına son qoymuşdur. Təxminən e.ə. 1750-ci ildə Misir Qərbi Asiya mənşəli qarışıq tayfa olan hiksoslar yaxud "yadelli torpaqların hökmdarları" tərəfindən işğal edlidi. Onların hərbi qələbələri bir qayda olaraq atlara və cəng arabalarına sahib olmaları faktı ilə əlaqələndirilir, lakin şübəhsiz ki, Misir xalqı arasındakı ixtilaf onların qələbəsini asanlaşdırıb. Onların hakimiyyəti Misir tarixinə əsaslı şəkildə təsir etmişdi. Hiksoslar misirliləri sadəcə yeni döyüş üsulları ilə tanış etməmişdilər, həmçinin yadelli tiran timsalında misirlilərin qəzəbinə səbəb olmaqla, onların aralarındakı fikir ayrılıqlarını unudaraq yenidən birləşmələrinə səbəb olmuşdular. Təxminən e.ə. 17-ci əsrin sonlarında Cənubi (Yuxarı) Misirin hökmdarları hiksoslara qarşı üsyan başlatdı və sonradan bu üsyana bütün Misir qoşuldu. Təxminən e.ə. 1560-cı ilədək öldürülməmiş və qula çevrilməmiş sonuncu istilaçılar da ölkədən qovuldu.

Ədəbiyyat

Western Civilizations - Robert E. Lerner, Standish Meacham, Edward McNall Burns

Xarici keçidlər

  • Hiksoslar haqqında ədəbiyyat (rus dilində)

Read next

In 57 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article