factograf
AZ
Sign in

HIM

HIM

Key facts

yaranma tarixi1995
anlayışın sinfirok qrupu
ölkəFinlandiya
janralternativ rok
All data from the card 8
Üslub
gotik-metalrokhard-rokqotik-rok alternativ-rok
Fəaliyyət illəri
1991—2017
Ölkə
Finlandiya
Şəhər
Helsinki
Digər adı
His Infernal MajestyH.I.M.
Leybl
The End RecordsTerrier RecordsSony BMGSire RecordsWarner Music GroupRCA RecordsUniversal Music GroupGUN RecordsHelsinki Music CompanyVia Razor & TieDoubleCrossCooking Vinyl Records
Heyət
Ville ValoMikko LindstryomMikko PaananenYanne PuurtinenMika Karppinen
Keçmiş üzvlər
Yuha-Petteri LondkvistYuha TarvonenYuhana Tuomas RantalaYussi-Mikko SalminenOskari KyumalayneAntto Melasnyemin

HIM - Finlandiya rok qrupu, 1991-ci ildə vokalist Ville Valo, gitarist Mikko Lindström ve basist Mikko Paananen tərəfindən qurulan Rock qrupudur.

Qrupun orijinal adı “His Infernal Majesty-(Onun Cəhənnəm E’lahəzrəti)” idi, Ancaq qrupa gələn bəzi iradlara görə adlarını qısaldaraq "HIM" adlandırdılar.1991-ci ildə əsası qoyulmuş qrupun ilk üzvləri: Ville Valo (vokal), Linde Lindstorm (gitara), Mige Amour (bassist), Yuhana Rastala (baraban) idi. 1996-cı ilde Antto Melasnemi (klaviş) qrupa qoşuldu. Lakin 1998-ci ildə Antto qrupu tərk etti və onu Yussi Salminen əvəz etti. Qrup heyətində 1999-cı ildə yenidən dəyişiklik oldu, bu dəfə Yuhananı Qas Lipstik əvəz etti və qrup bu heyətlə öz fəaliyyətinə bu gün də davam etməkdədir. Qrupun bu günədək 7 studio albom buraxmışdır.HIM qrupu gothic metal/rock üslubunda fəaliyyət göstərir,musiqi və mahnı sözləri kədər,hüzn və ölümdən bəhs edilir.Bundan əlavə qrup üslub üçün tənqidlərə məruz qalmışdır.

Qrupun simvolu

Qrupun Heartagram adlı simvolu ürək və pentaqram simvollarının birləşməsindən meydana gəlir. HIM vokalist və qurucusu Ville Valoya görə heratagram eşq və ölümü ifadə edir.Bəzi adamlar Heartagramın satanizm simvolu kimi hesab edirlər.Amma Ville Valo bunu çox sərt şəkildə təkzib edir.

İlk vaxtlar

Qrup əslində kariyerasına Kiss, Type O Negative, Danzig, Black Sabbath və Depeche Mode kimi qrupları mahnılarını coverlayaraq başladı.HIM, 20 Noyabr 1997-ci ildə ilk studiya albomları olan Greatest Lovesongs Vol. 666ın Finlandiyada çıxartdılar. 1999-ci ildə Razorblade Romance, 2001-ci ildə "Deep Shadows and Brilliant Highlights" adlı albomları buraxılıb.

Qrupun məşhurlaşmağı

2003-cü ildə qrupun "Love Metal" adlı albomu buraxıldı. Bu albom qrupu bütün dünyada tanıtdırdı. "Love Metal" albom qapağında Ville Valonun şəkli olmayan ilk albom oldu. Qapaqdakı qızıl rəngli Heartagram logosu, artıq qrupunun əvəzolunmaz simvolu oldu.Albomun ilk sinqlı " The Funeral Of Hearts" treki ABŞ-də 15-ci yeri, Almaniyada 3-cü musiqi siyahısında yer almışdır. Daha sonra qrup Bam Margera ilə müqavilə imzalayaraq, qrupun meneceri olaraq dünya qastrollarına çıxmağa başlayaraq məşhurlaşdılar. 2005-ci ildə "Dark Light" albomu buraxıldı. Bu albom yeganə Finland qrupudur ki, Amerikada 500.000 nüsxə satış edib. ABŞ-də qızıl sertifikat qazandılar. Bu, ABŞ-də bir Fin qrupunun qazandığı ilk və yeganə qızıl sertifikatdır.

Daha sonra  HIM qrupu 2007-ci ildə "Venus Doom", 2010-cu ildə "Screamworks: Love in Theory and Practice" adlı albomları buraxılıb.

Tears On Tape - 2013

Qrupun meneceri Bam Margera-sız HIM problemlər yaşamağa başladı. 2013-cü ildə Tim Palmer meneceri olan "Tears On Tape" qrupun sayca 8-ci studio albomu buraxıldı. 2017-ci ilə qədər davam edən qrup, HIM-in fəaliyyətini dayandırdılar. Ville Valo indi hal-hazırda öz ad soyad baş hərflərindən yaratdı V,V adlı proyekti icra edir. 2020-ci ildə "Gothica Fennica Vol. 1" adlı 4 trekdən ibarət albomunu buraxmışdır.

Diskoqrafiya

Studio albomlar

  • 1997 — Greatest Lovesongs vol. 666
  • 1999 — Razorblade Romance
  • 2001 — Deep Shadows and Brilliant Highlights
  • 2003 — Love Metal
  • 2005 — Dark Light
  • 2007 — Venus Doom
  • 2010 — Screamworks: Love in Theory and Practice
  • 2013 — Tears On Tape

Qrup üzvləri

Mikko Paananen, Mika Karppinen, Ville Valo, Yanne Puurtinen, Mikko Lindstrem
Mikko Paananen, Mika Karppinen, Ville Valo, Yanne Puurtinen, Mikko Lindstrem

Read next

In 57 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article