Fransua Viyet (1540-1603) - Fransız riyaziyyatçısı. Hesab edilir ki, bütün elementar cəbri işləyib hazırlamışdır.
Həyatı
1540-cı ildə Fransanın Fantene-le-Kont şəhərciyində anadan olmuşdur. Atası prokuror olmuşdur. Adətlərə görə atasının sənətinə yiyələnmişdir. Universiteti Puatuda bitirmişdir. 1560-cı ildə doğma şəhərində karyerasına başlamışdır.
1571-ci ildə dövlət işinə başlamışdır. Əvvəlcə parlamentin, daha sonra isə Fransa kralı III Henrinin məsləhətçisi olmuşdur.Onu əsasən Viyet teoreminin yaradıcısı kimi tanıyırlar.
Mənbə
"Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh.612