factograf
AZ

Erix Fromm

Erix Fromm

Key facts

doğum tarixi23 mart 1900
ölüm tarixi18 mart 1980
təhsiliİohann Volfqanq Göte adına Frankfurt Universiteti
fəaliyyətiuniversitet müəllimi, sosioloq, psixoanalitik
doğum yeriFrankfurt-Mayn
ölüm yeriMuralto
All data from the card 10
Doğum adı
Erich Seligmann Fromm
Doğum tarixi
23 mart 1900
Doğum yeri
Frankfurt-Mayn, Prussiya krallığı, Almaniya imperiyası
Vəfat tarixi
18 mart 1980 (79 yaşında)
Vəfat yeri
Ticino, İsveçrə
Elm sahələri
fəlsəfə, Sosial psixologiya, psixoanaliz, sosial fəlsəfə, etika, Din fəlsəfəsi, sosiologiya, psixologiya
Elmi dərəcəsi
fəlsəfə doktoru (1922)
İş yerləri
Kolumbiya Universiteti,Miçiqan Universiteti,Meksika Milli Muxtar Universiteti[d] (1949–1973),Nyu-York Universiteti (1962–1974)
Təhsili
İohann Volfqanq Göte adına Frankfurt Universiteti,Heydelberq Universiteti (1922),Nyu-York Universiteti
Mükafatları
+

Erix Zeliqmann Fromm (alm. Erich Seligmann Fromm‎; 23 mart 1900, Frankfurt-Mayn – 18 mart 1980, Ticino) — alman sosioloq, filosof, sosial psixoloq, psixoanalitik, Frankfurt məktəbinin nümayəndəsi, neofreydizmin və freydomarksizmin yaradıcılarından biri.

Həyatı

Erix Fromm Heydelberq və Münhen universitetlərində təhsil almışdır. 1922-ci ildə Heydelberq Universitetində doktoranturanı bitirmişdir. Münhendə psixoloq kimi tədqiqatlar apardıqdan sonra Berlin Psixoanaliz İnstitutunda təhsilini davam etdirmiş və 1931-ci ildə buradan məzun olmuşdur. XX əsrin 30-cu illərinin əvvəllərində Almaniyada nasist hərəkatı gücləndiyinə görə İsveçrənin Cenevrə şəhərinə köçmüşdür. 1933-cü ildə Çikaqo İnstitutunun dəvəti ilə ABŞ-yə getmişdir. 1934-cü ildə, 1938-ci ilə qədər heyətində bir mütəxəssis olaraq vəzifə aldığı Frankfurt İctimai Araşdırma İnstitutu ilə birlikdə Nyu-Yorka köçür. Şəxsi çalışmalarını davam etdirərək, Columbia Universitetində təhsil işçisi olaraq çalışıb.

1946-cı ildə Vilyam Alonso White Ruh Həkimliyi, Ruh Təhlil və Ruh Elm İnstitutunun qurucuları arasında iştirak edir. Yel Universiteti, Nyu York Universiteti Bennington Kolleci, Miçiqan Əyalət Universitetində təhsil işçisi olaraq çalışır.

1949-cu ildə Meksika Milli Muxtar Universitetindən gələn bir professorluq təklifini qəbul edir və tibb fakültəsi magistr bölümündə ruh təhlil etmə şöbəsini qurur, 1965-ci ildə təqaüdçü olana qədər orada çalışır.

Təqaüdçülük illərini keçirdiyi 1980-ci ildə İsveçrədə vəfat edib.

Marksist və sosialist, humanist dünyagörüşünü mənimsəyən Fromm, qərb kapitalizmi və SSRİ kommunizmini rədd edirdi.

Erix Frommun çalışmaları bir çox dilə tərcümə edilib.

Əsərləri

  • Azadlıqdan qaçış (1941)
  • Özünü müdafiə edən İnsan / Əxlaq Fəlsəfəsinin Psixologiyasına dair Bir Tədqiqat (1947)
  • Psixoanaliz və Din (Fromm) (1950)
  • Unudulmuş Dil (1951)
  • Sağlam Cəmiyyət (1955)
  • Sevmək Sənəti (1956)
  • Ziqmund Freydin Şəxsiyyəti və Təsirləri (1959)
  • Qoyun İnsan qazansın: Bir Sosialist Manifest və Proqram 1960
  • [Zen Buddizm və Ruh Təhlil etmə — D. T. Suzuki və Riçard de Martino ilə birlikdə (1960)
  • Marksın İnsan Konsepsiyası (1961)
  • Yeni Bir İnsan Yeni Bir Cəmiyyət (Yanılsama zəncirlərinin Kənarında) Marx və Freud 'un Kıyaslanması (1962)
  • Sevginin və Şiddətin Mənbəyi (1964)
  • Tanrılar Kimi olacaqsınız (1966)
  • Ümid İnqilabı (1968)
  • Meksika kəndində İctimai Xarakter — Maykl Maccoby ilə birlikdə (1970)
  • Ruh Tədqiqnin Böhranı: Freydin sınaqları, Marks və İctimai Ruh Elm (1970)
  • İnsandakı mənşəyi (1973)
  • Sahib Olmaq Mı, Olmaq Mı? (1976)
  • Ərdəm və Xoşbəxtlik

Xarici keçidlər

  • Məlikov, Ələddin - Məmmədov, Azad. “Erix Frommun Din Və şəxsiyyət arasındakı əlaqəyə Dair görüşlərinin təhlili”. Din Araşdırmaları Jurnalı 3/4 (June 30, 2020), 23-32. (http://dx.doi.org/10.13140/RG.2.2.34449.45922)

Read next

In 72 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article