factograf
AZ
Sign in

Dordon

Dordon

Key facts

əhalisi417.614
sahəsi9.060km²
anlayışın sinfiFransa departamenti
ölkəFransa
paytaxtPeriqe
yaranma tarixi4 mart 1790
All data from the card 6
Ölkə
Fransa
İnzibati mərkəz
Periqe[d]
Yaradılıb
4 mart 1790
Sahəsi
9.060 km²
Əhalisi
417.614 nəf. (2023)
ISO kodu
FR-24

Dordon (fr. Dordogne, oks. Dordonha) — Fransanın Yeni Akvitaniya inzibati rayonunda, Dordona çayı ərazisindən keçdiyinə görə adı — Dordon adlandırılmışdır. İbtidai insanların kəşf edilmiş yerlərinin yüksək sıxlığı səbəbindən Dordona əvvəllər "Bəşəriyyət beşiyi" adlanırdı.

Coğrafiyası

Dordona, Akvitaniyanın inzibati bölgəsinin bir hissəsidir və Fransanın (Fransanın Avropa hissəsində) departamentləri arasında üçüncü yeri tutur. Departamentin ərazisin 45%-i meşəlik, bu göstərici üçün Dordona da Fransa departamentləri arasında 3-cü sırada iştirak edir

Dordona Yuxarı Vyenna, Korrez, Lo, Lo və Qaronna, Jironda, Maritime Şaranta və Şaranta departamentləri ilə məhdudlaşır.

Dordonanın ən yüksək binaları kommunada yerləşir.

İqlimi

Dordona iqlimi mülayim okeanik, mülayim qış və isti yay ayları hökm sürür. Departamentin şimal-şərq və cənub-qərb istiqamətlərində temperaturda əhəmiyyətli dərəcədə dəyişkənlik olur ki, bu da 5 °C-ə çatır.

İqtisadiyyatı

Dordonada ikinci ən çox iş yeri meşə və ağac sənayesi sektorudır.

Departamentin cənubunda təxminən 200 tütünçəkmə müəssisəsi cəmlənmişdir: Dordona, Fransadaki tütün istehsalının 15%-ini istehsal edir.

2011-ci ildə turizm sektoru Dordonanın ümumi daxili məhsulunun 20%-ni təmin etmişdir.

Departamentin sənaye sektorunda təxminən 2300 nəfər işçi, 3300 müəssisə fəaliyyət göstərir.

Mədəniyyəti

Periqord əyalətinin orijinal dili Oksitan dili idi. Vilayətin şimal hissəsində Limuzin ləhcəsi, cənub hissəsində isə Lanqedok dialekti istifadə edilmişdir.

Muzeylər

  • Müqavimət hərəkatına həsr olunmuş xatirə kompleksi.
  • Sümük Muzeyi
  • Tütün Muzeyi
  • Şərab Muzeyi

Read next

In 91 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article