factograf
AZ
Sign in

Rusiyalı müğənni

Dima Bilan

Dima Bilan

Key facts

doğum tarixi24 dekabr 1981
təhsiliRusiya Teatr Sənəti İnstitutu
fəaliyyətimüğənni-bəstəkar, müğənni, bəstəkar
doğum yeriCökətəy Ayağı
aldığı mükafatlar"Qızıl qrammofon" mükafatı
janrpop musiqisi
All data from the card 9
Doğum adı
Виктор Николаевич Белан
Doğum tarixi
24 dekabr 1981 (44 yaş)
Doğum yeri
Cökətəy Ayağı, Ust-Cequtinski rayonu, Qaraçay-Çərkəz Muxtar Vilayəti, Stavropol diyarı, RSFSR, SSRİ
Fəaliyyəti
müğənni-bəstəkar, bəstəkar, şair, model[d], aktyor
Fəaliyyət illəri
2000-ci ildən
Janrlar
pop musiqisi, ritm-n-blyuz, sinti-pop
Musiqi alətləri
klavişli alət[d], akkordeon
Albom şirkətləri
Universal Records[d], EMI[d], Universal Music Group
Təhsili
Rusiya Teatr Sənəti İnstitutu[d],Rusiya Musiqi Akademiyası[d]

Dima Bilan (rus. Дима Билан; 24 dekabr 1981, Cökətəy Ayağı, Stavropol diyarı) — Rusiyalı müğənni.

Həyatı

Dima Bilan 24 dekabr 1981-ci ildə Qaraçay-Çərkəzdə anadan olmuşdur. 2 yaşında olanda ailəsi ilə birlikdə Tatarıstana, 6 yaşında olanda isə Kabardi-Balkariyaya köçmüşdürlər. Məktəbə də orada getmişdir. Məktəbdə şeirlər yazmış və mahnılar oxumuşdur. Gnesins Musical College-den məzun olmuşdur.

2008-ci ildə hamının onu tanıdığı ismi, yəni Dima Bilanı gerçək adı olaraq dəyiştirdi.

Albomları

2003-cü ildə Dima Bilan ilk albomunu çıxartdı. Albomun adı "Ya noçnoy xuliqan" ("Mən gecə avarasıyam") oldu. Uğurlu bir sinql olan "Na berequ neba" ("Səma sahilində"), həm də ikinci albomunun adıdır. Albom Yuri Ayzenşpis tərəfindən hazırlandı.

2006-cı ildə "Vremya-reka" ("Zaman-axar çay") adlı üçüncü albomu çıxartdı. Albomdakı bir çox mahnı xit oldu.

Uğurlu 2 il keçdiktən sonra, Dima Bilan 4-cü albomu olan "Protiv pravil"i ("Qaydalara qarşı")çıxartdı. Albomdakı bir çox mahnı xit oldu.

Avroviziya Mahnı Müsabiqəsi

2004-cü ildə ikinci albomunu çıxartdıqdan sonra 2005-ci ildə "Not That Simple" adlı mahnı ilə Avroviziya Mahnı Müsabiqəsi seçmələrində iştirak etdi.

Avroviziya Mahnı Müsabiqəsində ilk dəfə 2006-cı ildə Never Let You Go adlı mahnı ilə Rusiyanı təmsil etmiş və 2-ci olmuş, daha sonra 2008-ci ildə Believe adlı mahnı ilə təmsil edərək Rusiyaya Avroviziya Mahnı Müsabiqəsində ilk birinciliyi gətirmişdir.

Diskokrafiya

Albomlar

  • Я Ночной Хулиган (2003)
  • На берегу неба (2004)
  • Время река (2006)
  • Против правил (2008)
  • Believe (2009)
  • Мечтатель (2011)

Xarici keçidlər

Read next

In 80 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article